Çərşənbə, 27 İyul 2022 18:23

“Qazprom”la İran Pakistan və Omana qaz verəcək

İranla Rusiya Oman və Pakistana birgə qaz tədarükünə başlayacaq.
Bu barədə İranın neft naziri Cavad Oci bəyan edib.
Onun sözlərinə görə, bu qərar iyulun 19-da müvafiq memorandum imzalayan Rusiyanın “Qazprom” şirkəti ilə İran Milli Neft Şirkəti arasında aparılan danışıqların nəticəsi olub.
Bundan əvvəl İran rəhbərliyi büdcəyə neft ixracından rekord gəlirin daxil olduğunu açıqlayıb. Qeyd olunub ki, son 4 ayda bu göstərici 580% artıb. Bu, təkcə əmtəə qiymətlərinin artması deyil, həm də İran rialının dollara nisbətdə məzənnəsinin dəyişməsi ilə bağlıdır
Oxunuş sayı 1438 dəfə
Şərh vermək üçün giriş edin
Top