Cümə axşamı, 14 Mart 2019 23:48

SOCAR Gürcüstanda benzinin qiymətini ucuzlaşdırmaqda davam edir

Gürcüstanda benzinin qiyməti növbəti dəfə iki-üç tetri ucuzlaşıb. 

Son günlərdə demək olar ki, bütün şirkətlər yanacağın qiymətini azaltmaqda davam ediblər.

SOCAR yanacaq doldurma məntəqələrində “Avro reqular”ın bir litri 2.26 laridən 2.23 lariyə qədər ucuzlaşdırıb.

Digər yanacaqdoldurma məntəqələri də qiymətləri aşağı salıblar. “Gulf” şəbəkəsində “Avro reqular” 2.26-dan 2.24-ə, “Lukoil”-da 2.25-dən 2.22-yə və “Vissoil”-da 2.32-dən 2.29 lariyə qədər azalıb.

Bundan əvvəl benzin qiymətinin ucuzlaşması fevral ayında və martın əvvəlində də müşahidə olunub. Ötən ilin son ayı ilə müqayisədə yanacağın qiyməti təxminən 20-25 tetri ucuzlaşıb.

Neft Məhsulları İdhalçıları İttifaqının sədri Vano Mtvralaşvilinin sözlərinə görə, Gürcüstanda qiymətlərin azalması beynəlxalq bazarda son aylarda baş verən hadisələrə görə qeydə alınıb.

Oxunuş sayı 1496 dəfə
Şərh vermək üçün giriş edin
Top