Çərşənbə, 07 Sentyabr 2016 22:00

Manatın bu günə olan rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 7-si ilə müqayisədə dəyişməyərək 1,6403 manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,02% zəifləyərək 1,8454 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,39% bahalaşaraq 0,0256 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,43% azalaraq 0,5589 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1896 manatdır. Beləliklə, funt sterlinq 0,47%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,22% azalaraq 0,7116 manat təşkil edib.

Oxunuş sayı 1633 dəfə
Şərh vermək üçün giriş edin
Top