Şənbə, 31 Avqust 2019 09:20

“XİM Ekspress 2000” tikinti şirkəti sökdüyü məktəbi təmir etmir - ŞİKAYƏT

Müəllim: “365 şagird, 41 müəllim, 17 texniki işçisi olan məktəbin talehi heç kimi maraqlandırmır”

Qusar Rayon Quxuroba Kənd Tam Orta Məktəbi təmir üçün sökülüb, dərs ilinin başlanmasına iki həftə vaxt qalsa da, məktəb binasının təmirinə başlanılmır. Məktəbin müəllim kollektivi bərk narahatdır, Rayonun Təhsil Şöbəsi heç bir cavab vermir, təmir adıyla məktəb binasını sökən “XİM Ekspress 2000” tikinti şirkəti isə ortalıqda yoxdur. Bu barədə Xeberinfo.de-ə müəllimlərdən biri məlumat verib.

Məktəb müəlliminin iddiasına görə, Quxuroba kənd məktəbini kimlərsə bilərəkdən dağıdır: “Məktəbimizi kimlərsə dagıdır. 01.07.2019-cu il tarixdə “XİM Ekspress 2000” tikinti şirkəti məktəbin damını, otaqları və hətta hasararını söküb, söküntü materiallarını aparıb. Söküntü işləri iyul ayının 16-a qədər davam elədi. Yeni dərs ilinin başlanmasına çox az vaxt qalıb, lakin heç bir iş görülməyib. Bina söküldüyü kimi qalıb. Harda və necə dərs keçiriləcək? 365 şagird, 41 müəllim, 17 texniki işçisi olan məktəbin talehi heç kimi maraqlandırmır. Çox güman ki, hamımız işsiz qalacağıq, suallarımıza cavab verən yoxdur”.

Müəllimin sözlərinə görə, məktəb direktoru Rəşid Tahirov da çarəsiz durumdadır: “Direktorumuz Rəşid müəllim deyir ki, mənə heç kim cavab vermir. İctimailəşdir, şikayət edin, bəlkə səsimizi duyan və cavab verən oldu. Rəşid müəllim bizim yanımızda da zəng edib, maraqlandı. Sonda direktorun bizə verdiyi məlumata görə, söküntü işlərini görən “XİM Ekspress 2000” tikinti şirkəti təmirə başlamır”.

Rəşid müəllimin münasibətini öyrənmək üçün göstərdiyimiz cəhdlər hələ ki, nəticəsiz qalır.

Qeyd edək ki, “XİM Ekspress 2000” tikinti şirkəti barəsində araşdırma apardıq. Şirkət haqqında 3 bəyənməsi olan facebook səhifəsindən başqa, heç bir məlumat yoxdur. Bir neçə məktəb binasının təmirində də adı keçir.

Qusar Quxuroba1Qusar Quxuroba2Qusar Quxuroba3Qusar Quxuroba4Qusar Quxuroba5Qusar Quxuroba6Qusar Quxuroba7

 

 

Oxunuş sayı 1428 dəfə
Şərh vermək üçün giriş edin
Top