Bazar ertəsi, 30 May 2016 22:00

Biz niyə manqo yemirik?

Manqo bizi təravətli edir.

Qaraciyərin dostu, kaliumla zəngin manqo qurusu isə, qanda şəkərin miqdarını tənzimləyir. Manqonun tərkibində yüksək miqdarda su var.
Xərçənglə mübarizə aparır
Son zamanlar tədqiqatlar nəticəsində məlum olub ki, meyvənin tərkibində olan kuercetin, isokuercetin, astragalin, fisetin, gallik asit və metil qallat adlı antioksidant birləşmələri var ki, bunlar bağırsaq və döş xərçəngi, leykemiya, eləcə də prostat xərçənginə qarşı müdafiə rolunu oynayır.

Xolesterini aşağı salır
Manqo liflə zəngin güclü antioksidant anbarıdır, pektin və C vitamini isə qanda xolesterini tənzimləmə baxımından çox faydalıdır.
Tərkibində bol miqdarda kalium ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunur.

Dərinin təravətli qalmasını təmin edir.
Manqodan kosmetologiyada da istifadə edirlər. Dərini təmizləyir. Evdə dəri üçün müxtəlif növ manqolu maskalar hazırlamaq olar. Sızanaqların müalicəsində istifadə edilir.

Dəriyə faydalı olmaqla eyni zamanda göz sağlamlığını qoruyur.
Toyuq korluğu və göz qurumasının qarşısını mango yeməklə almaq olar.
İmmunitet sistemini gücləndirir.
Manqonun tərkibindəki A vitamini qaraciyərin “şlaklardan” təmizlənməsinə kömək edir. 
Yaddaşı gücləndirir. Qanda olan zərərli mikrobları öldürür.

Oxunuş sayı 1862 dəfə
Şərh vermək üçün giriş edin
Top