Bazar ertəsi, 21 Dekabr 2020 21:56

Azərbaycanda bir gündə koronavirusa yoluxma: 1505 nəfər

43 xəstənin vəfat etdiyi deyilir
Dekabrın 21-də Azərbaycanda 1505 adam COVİD-19 infeksiyasına yoluxub, 3028 nəfər müalicə olunaraq sağalıb, 43 xəstə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ qərargah Azərbaycanda indiyə qədər 203 min 593 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib. 
Onlardan 142 min 807 nəfər müalicə olunaraq sağalıb, 2253 pasiyent ölüb.
Hazırda aktiv xəstə sayı 58533 nəfərdir.
Eyni zamanda, ötən müddətdə 2 milyon 73 min 137 testin aparıldığı xatırlanıb: "Bugünkü test sayı isə 9383-dür”.
Oxunuş sayı 1118 dəfə
Şərh vermək üçün giriş edin
Top