Çərşənbə axşamı, 24 Mart 2020 18:43

"Koronavirusa yoluxma halı daha çox Avropa və ABŞ-dadır"

Son 24 saatda koronavirusa yoluxma faktlarının 85%-i Avropa və ABŞ-da qeydə alınıb.
"Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü məlumat verib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 392 169-a çatıb. Bunların 102 850 nəfəri sağalıb, 17 146 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib
 
Oxunuş sayı 1493 dəfə
Şərh vermək üçün giriş edin
Top