Bazar ertəsi, 30 İyul 2018 22:00

Xərçəngin müalicəsi kimyəvi yolla deyil, bitkilərlə mümkündür - VİDEO

Allah dünyanı elə mizanda yaratdı ki, dərmansız dərd, çarəsiz insan olmadı. Ətrafa baxsaq bütün xəstəliklərin dərmanı var. Eləcə də insanların adından xoflandığı xərçəngin.

Vetenugrunda.az xərçəng xəstəliyinin bitkilərlə necə müalicə olunduğunu araşdırıb. Araşdırma zamanı bəlli olub ki, nəinki ölkəmizdə, eləcə də bütün dünyada müxtəlif zamanlarda xərçəngi təbii yollarla müalicə edib, birdəfəlik sağaldıblar.

Xərçəngdən necə qurtulaq?

Yapon alimi Katsudzo Nişinin "Xərçəng sağalan xəstəlikdir", "Xərçəng xəstəlik deyil, cahilliyin əlamətidir" fikirləri sanki tibb elmini və insanları uzun illər qorxuyla yanaşdığı bu xəstəliyə qarşı üsyana səslədi. Dahi yapon alimi Katsudzo Nişi bizə daxilimizə gündə bir neçə dəfə nüfuz etməyi məsləhət görürdü. Amma hamı daxilinə nüfuz edə bilirmi? Öz həyat təcrübəsindən, yaşadıqlarından gözəl nəticələr çıxaran alim sonradan bu yaşamın hesabına milyonları xəstəliyin, ölümün pəncəsindən aldı.

Azərbaycanlı həmkarımız Ərşad Əzimzadə isə Nişi sisteminin bəhrəsini gördü. O, 23 illik xəstəlikdən birdəfəlik canını qurtaranda bu üsuldan xalqımızın da yararlanmasına çalışdı və "Möcüzəsiz möcüzə" kitabını ortaya qoydu. Söz yox, başqa millətlər artıq illərdir Nişi sistemindən yararlanırdı. Rusiyada Maya Qoqulanın kitabları da maraqla qəbul edilirdi.

"Çox yemək az yeməkdən də qoyur"

Bax, Nişi də elə bunu deyirdi. Xəstəxanada ağır xəstəlikdən yatdığı illəri xatırlayarakən deyir: "Məni az yemək sağaltdı. Xəstəxanadakı palata yoldaşlarıma yaxınları daha qüvvəli, daha kalorili yeməklər daşıyırdılar ki, onlar çox yesin və tez sağalsın. Lakin çox və həddən artıq kalorili yemək sağaltmır, əksinə öldürür. Bu gün o palatada mənimlə yatan yaşıdlarım həyatda yoxdur".

Biz işdə, evdə, hər hansı məclisdə "yeyib-içən" adamları görəndə mat qalmırıq. Bir tərəfində yemək, bir tərəfində isə içki. Biz ona görə mat qalmırıq ki, buna artıq öyrəşmişik. Bəs çörək yeyərkən su içmək məsləhətdirmi? Əsla, yox. Yemək zamanı və ondan sonra su içən adam öz əli ilə həzmetmə prosesini pozur və qidanı öldürür. Çünki su 10 dəqiqədən sonra mədəni tərk edir, özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Mədə qalır şirəsiz.

Əgər mədədə şirə yoxdursa, o zaman mədəyə yığılan qida necə həzm olacaq? Bax, elə mədəmiz və onunla yanaşı bütün orqanlarımız da bu suala cavab axtara-axtara sıradan çıxır. Gəzən vaxtı, yaxud qaçarkən su içmək zərərlidir. Bu vaxt içilən su mədə divarlarını korlaya və zədələyə bilər. Suyun normadan çox içilməsi, orqanizmdə insulinin çatışmamasına və mədəaltı vəzin pis işləməsinə dəlalət edir...

Xərçəngin müalicəsi ac qalmaqdır

İsrail alimlərinin fikrincə, azkalorili qida xərçəng hüceyrələrinin bölünməsinin qarşısını alır və beləliklə də şişlərin öz-özünə yox olmasına gətirib çıxarır. Normal hüceyrələr isə orqanizmə çox az qida daxil olduqda belə, bölünmə qabiliyyətinə malikdirlər. Tədqiqatçılar orqanizmin məhdud miqdarda enerji aldığı şəraitdə hüceyrələrin artımının riyazi modelini qurublar.

Aydınlaşıb ki, xərçəng hüceyrələri belə şəraitdə sürətlə artmaq iqtidarında deyillər, bu zaman onlar ya çox ləng artır, ya da məhv olurlar. Alimlərin siçovulların üzərində apardıqları oxşar tədqiqatlar azkalorili qida alan heyvanlarda prostat şişlərinin ölçüsünün çox yem qəbul edənlərdən kiçik olduğunu aşkarlayıblar.

Bundan öncə də alimlər pilənmə və qeyri-rasional qidalanmanın xərçəngin inkişafına xidmət etdiyini müəyyənləşdirmişdilər. Tarixən əhalisi az yeməyə öyrəşmiş ölkələrdə bağırsaq və döş xərçəngi xəstəliklərinin geniş yayımlayır. Xərçəngə qarşı necə qidalanmalı, onun qarşısını necə almalı və müalicə müddətində nələrə diqqət etməli? C vitamini ağız boşluğu, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu vasitədir. Ona görə də bu vitaminlə zəngin olan meyvə-tərəvəz yemək məsləhətdir. Təzə portağalın özü də, suyu da bu mənada dərmandır. Beta-karoten mənbəyi olan kök, boranı, təzə kartof və ispanaq kimi məhsullar da bu xəstəliyin düşmənidir. Lakin beta-karoteni də həddindən artıq qəbul etmək olmaz, ağciyər xərçənginə səbəb ola bilər. Quru acı bibərin isə bəzi növləri xərçəng xəstəliyi əmələ gətirir. Acı bibər orqanizmin immunitet sistemini gücləndirsə də, tərkibində aflatoksin maddəsi olduğundan bu maddə qaraciyər xərçənginə səbəb olur.

Britaniya mütəxəssisləri belə bir suala cavab axtarıblar: bizim əcdadlarımız xərçəng xəstəliyinə tutulublarmı? Bu məqsədlə onlar minlərlə qədim Misir və Cənubi Amerika mumiyaları üzərində tədqiqat aparıblar. Məlum olub ki, xərçəng qədim dövrlərdə çox nadir xəstəlik olub və ona praktik olaraq rast gəlinməyib. Bu gün artıq xərçəng təbii səbəblərdən yaranan xəstəlik deyil. Konserogenlər - əsasən müasir sivilizasiyanın ərzaqları və natəmiz ətraf mühitdir. Ona görə də alimlər sivilizasiya ilə təması mümkün qədər minimuma endirməyi tövsiyə edirlər. Onların qənaətincə, bu, öz sağlamlığını təmin etmənin yeganə yoludur.

Qidanızı yaşıllaşdırın ki, həyatınız yaşıllaşsın!

Bitkilərin quruluşunda olan bəzi kimyəvi birləşmələr bitkiləri bakteriyalar, viruslar və göbələkdən qoruyur. Yüksək fitokimyəvi maddələr olan soya qabıqları, armud, kərəviz, zeytun, mərci, sarımsaq, yaşıl çay da xeyirlidir. Tərkibində Omeqa-3 yağ turşuları olan qidalar, dəniz məhsulları da prostat xərçənginin qarşısını alır. Sarımsaq özü çox faydalıdır, orqanizmi infeksiyalardan, mədə, bağırsaq, yemək borusu və ağciyər xərçəngindən qoruyur. Çalışın gurultulu musiqilərdən uzaq olun. Araşdırmalar belə musiqilərin də xərçəngə yol açdığını göstərir. Klassik musiqiyə üstünlük verin.

Siqaret, qırmızı ətdən çox istifadə etmək, köklük xərçəngin meydana gəlməsi üçün əlverişli mənbələrdir. Virus və bakteriyalar, ətrafdakı kimyəvi maddələr, hərəkətsizlik, immun çatışmazlığı, radiasiyaya məruz qalmaq xərçəngə şərait yaradır. Xərçəng xəstəliyindən qorunmaq üçün daim təzə meyvə-tərəvəzlə qidalanmaq gərəkdir. Alma - 5-24 faizə qədər şəkər, 1,3 faizə yaxın üzvü turşular (alma, limon, kəhrəba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzlarla zəngin olan almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Gündə ən azı 2 ədəd alma (qabığı ilə birlikdə) yesəniz, onlarla xəstəlikdən sığortalanmış olacaqsınız.

Nar - Xərçəng xəstəliyindən qorunmaq üçün ən effektiv vasitələrdən biri nar şirəşidir. Tərkibindəki maddələr səbəbilə qandakı xolesterolu və şəkərin miqdarını tənzimləyir. Buna görə də gündə bir stəkan təzə sıxılmış nar şirəsi içmək və ya 2-3 ədəd nar yemək lazımdır.

Qara üzüm - Son on ildəki araşdırmalar qara üzümün xərçəngə qarşı əhəmiyyətli bitki olduğunu üzə çıxarıb. Üzüm həmçinin qan-damar xəstəliklərindən də qoruyur. Maraqlıdır ki, qara üzümün çəyirdəyi və qabığı ilə birlikdə yeyilməsi daha məqsədəuyğun sayılır.

Böyürtkən - Tərkibindəki "eliagic asit" maddəsi xərçəng xəstəliyi törədən hüceyrələri məhv edir. Böyürtkən yarpaqları da çox xeyirlidir və çay şəklində istifadə edilir. Tərkibində müxtəlif xeyirli maddələr var, bunlardan alma və limon turşularını, C vitaminini, karotini, az miqdarda B1 vitaminini, həmçinin çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza şəkərlərini göstərə bilərik.

Gilas - Tərkibində bol miqdarda "flavon" deyilən lazımlı bir maddə var. Xərçəngin əmələ gəlməsinə və inkişaf etməsinə mane olur. Xüsusilə də dəri, döş, ağciyər və qaraciyərdə əmələ gələn xərçəng xəstəliyinə qarşı təsirlidir.

Qarpız - "A" və "C" vitamini ilə zəngindir. Tərkibindəki maddələr bədənimizi xərçəngə qarşı qoruyur və vücudumuzu toksik maddələrdən təmizləyir.

Qırmızı turp - Əsasən ağciyər və döş xərçəngi riskini azaldır. Buna görə də yemək zamanı bol miqdarda turp yemək məsləhətdir.

Qırmızı bibər - "C" vitamini ilə çox zəngindir.

Xatırladaq ki, "C" vitamini "xərçəngli" hüceyrələrin böyüməsinə mane olur və toxumaları zərərli maddələrdən qoruyur.

Pomidor - Tərkibindəki "likopen" maddəsi ağciyər və döş xərçəngindən qoruyur. Həmçinin prostat problemlərini 40%-dək azaldır.

Sarımsaq - Xərçəngin yayılmasının qarşısını alır. Tərkibindəki selenium triptopan kimi xərçəng hüceyrələri ilə mübarizə aparır. Heyvanlar üzərində aparılan təcrübələr nəticəsində məlum olmuşdur ki, sarımsaq mədə, döş, bağırsaq, qida borusu, prostat və dəri xərçənginin yaranması və yayılmasına mane olur. Ona görə də gündə 2-3 diş sarımsaq yemək məsləhətdir.

Yerkökü - Gündə 2 stəkan yerkökü suyu içmək prostat xərçəngi riskini 20 faiz azaldır. Tərkibindəki "betakaroten" maddəsi ağız, qida borusu və mədə xərçənginə qarşı qoruyur.

Avokado - Tərkibindəki "qlutation" maddəsi çox təsirli bir hüceyrə qoruyucusudur, çünki ən yaxşı antioksidantdır. Antioksidantlar hüceyrələrin "qocalması" prosesini zəiflədir və xərçəng riskini azaldır. Bütün meyvələr arasında protein baxımından ən zəngin meyvədir. "E" və "B6" vitamini ilə də zəngindir.

Kələm - Çox miqdarda "B", "C" və "E" vitamini ilə zəngin kələm xüsusilə döş və bağırsaq xərçənginə qarşı effektivdir. Zəhərli maddələrin bədəndən çıxmasını təmin edir, qandakı şəkərin miqdarını azaldır, sarılıq xəstəliyinə qarşı təsirlidir. Aparılan araşdırmalar göstərib ki, həftədə bir dəfə kələmlə qidalanmaq bağırsaq xərçəngi riskini 66 faiz azaldır.

Portağal - "C", "B" və "E" vitamini ilə zəngin olduğundan xərçəngə qarşı xüsusilə effektivdir. Bununla yanaşı, kökəlməyin də qarşısını alır. Ürək xəstəlikləri ilə mübarizə aparmaq üçün məsləhətli meyvədir.

Amerika tibb alimi, doktor Harold Mennerin isə deyir ki, ümumiyyətlə xərçəng adlı xəstəlik yoxdur, bu sadəcə biznesdir: "Xərçəngin müalicəsi çoxdan tapılıb. Bu, sadəcə, B17 vitamininin çatışmazlığıdır. 

Müstəmləkəçilər və insanlıq düşmənləri bütöv bir xərçəng sənayesi qondarıblar və pulu kürəklə yığırlar. Onkologiya sənayesi İkinci Cahan müharibəsindən sonra inkişaf etməyə başlayıb. Halbuki, xərçənglə mübarizə üçün heç bir prosedurlar, müalicə kursları və xərclər lazım deyil. Bütün bunlar müstəmləkəçi və sümürgəçilərin ciblərini doldurmaq vasitələridir. Ona görə ki, xərçəngin müalicəsi lap çoxdan tapılıb... 

  Xərçəng yalnız B17 vitmininin çatışmazlığı olduğundan onun qarşısını almaq üçün gündə 15-20 ərik çəyirdəyinin içini yemək kifayətdir.
- Buğda cücərtilərini yeyin. Bu cücərtilər- xərçəngin möcüzəvi dərmanıdır. Bu, maya oksigenin və laetrilin ən yaxşı mənbəyidir. Laetril isə xərçəngə qarşı olan maddələrin ən güclüsüdür. Həmin maddə alma tumlarında olur və B17 (amiqdalin) vitamininin cövhərindən ibarətdir.. Xərçəngin müalicəsi zamanı laetrilin effektivliyi 90 faizdir.İndi isə amiqdalin(B17 vitamini) mənbəyi olan meyvə-tərəvəz və taxılları sadalayaq:

- Meyvələrin çəyirdək və ya toxumları. Bunlar təbiətdə B17-nin ən yüksək daşıyıcılarındandır. Buraya əsasən alma, ərik, şaftalı, armud, gilas, gilənar və qara gavalı çəyirdəkləri aiddir.

- Paxlalılar və taxıllar. O cümlədən lobya və mərciməyin cücərtiləri, ayşəkilli lobya( yaxud Peru lobyası) və noxud.
- Qozlar. Xüsusən acı badam (təbiətdə B17 vitamininin ən zəngin mənbəyidir) və hind badamı.
Giləmeyvələr: tutun bütün növləri, mərsin, moruq və çiyələk.Tumlar: küncüt və kətan toxumu.Yarmalar: vələmir, yulaf, boz düyü, buğda, darı, kətan və çovdar.
B17 vitamini həmçinin mayaotu mayasında, xam düyü, boranı, kalış(darıyaoxşar dənli bitki) kəndəlaş, böyürtkənda da vardır..."

Abuzər

Oxunuş sayı 1692 dəfə
Şərh vermək üçün giriş edin
Top