Çərşənbə, 14 Fevral 2018 21:00

Azərbaycanda 11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı...

Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib. Müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası – Exinokokk var. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparılıb.
xeberinfo.de - medchina.az-a istinadən xəbər verir ki, uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etməyi bacarıb.
Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.
Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.
Oxunuş sayı 1227 dəfə
Şərh vermək üçün giriş edin
Top