Cümə, 18 İyul 2014 21:00

Şəkidə növbəti qanunsuzluq faktı

Şəkidə növbəti qanunsuzluq faktı. Az öncə Şəki şəhər İcra Hakimiyyəti rəsmisi İmtahan Qeydiyyatı şöbəsinin müdirini korrupsiyada günahlandırması barədə məlumat vermişdik. Bu məsələyə rəsmi cavab almamış yeni faktla üzləşdik. Belə ki, Şəki Şəhər Mərkəzi Xəstəxanasında baş verənlər oxucu üçün təəccüblü görünəcəksə, bu bizim üçün adi hal kimidir. Çünki balıq başdan iylənər atalarımız yaxşı demişlər. Rayonun rəhbər işçilərindən biri əgər idarə müdiri haqqında mənfi fikirdədisə əlavə şərhə ehtiyac yoxdur. Beləki, Şəki Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyevin rayon səhiyyəsindəki özbaşınalığından həvəsə düşən Perenetal mərkəzin baş həkimi Fərman Xəlilov və xəstəxananın reanimasiya şöbəsinin müdiri Nizami Səmədov rayonda at oynadırlar.

 Daha ətraflı növbəti sayımızda.

İlqar Sadıqov

Oxunuş sayı 1671 dəfə
Şərh vermək üçün giriş edin
Top