Cümə axşamı, 22 Dekabr 2011 21:00

Siyasi fəal ölkəni tərk etdi - "Mənə işgəncə verdikləri üçün, müalicə almağa məcbur oldum"

Azərbaycanda bütün hüquqlar pozulduğu kimi dini və vicdan azadlıqları da pozulur. İnanclı şəxslərə qarşı ciddi basqılar var. Hakimiyyət vicdan azadlığını tam məhdudlaşdırıb. Siyasi fəaliyyət cinayət əməli kimi qiymətləndirilir. Rejimin qanunsuz davranışı nəticəsində mən də ciddi təhlükə ilə üzləşmişəm və kifayət qədər ziyan çəkmişəm. Bu sözlər ictimai-siyasi fəal Pərvin İsmayılova məxsusdur.

26995376 1578270152287965 360138484 n P.İsmayılov özünə qarşı haqsız təzyiqlərdən danışır: “Həmişə hakimiyyətin iyrənc  siyasətini ifşa edən aksiya və mitinqlərə qatılırdım. 10.12.2010-cu il tarixli Təhsil Nazirliyinin önündə keçirilən "Hicaba azadlıq" adlı mitinqində iştirak etdim. Mənə qarşı təzyiqlər bundan sonra intensivləşdi. Həmin tarixdən təqribən bir az sonra AİP-in sədri Mövsüm Səmədov daxil olmaqla 7 nəfər rəhbər heyyəti həbs etdilər. Beləliklə Azərbaycanda inanclı şəxslərə qarşı təzyiqlər sürətləndi. Qeyd edim ki, AİP-in rəhbərləri və üzvləri qədər təzyiqə məruz qalan, həbs olunan siyasi təşkilat yoxdu. Ən çox cəza da AİP nümayəndlərinə verilir. Partiyanın sədri 12 il azadlıqdan məhrum edilib. Bir müavini – Vaqif Abdullayev heç bir cinayət törətmədən həbs edilərək zindanda dünyasını dəyişib.

Mitinqlərdə iştirakına görə təhdid olunduğunu iddia edən İsmayılov vurğulayır: “Mən mitinqlərdə iştirak etdiyim üçün təzyiqlərlə üzləşdim, buna görə də dəfələrlə polis məni qısa müddətdə saxlayıb. 26.06.2011 milli ordunun yaranma gününə həsr olunmuş aksiyadan aparılmışam 1 gün saxlanıldıqdan sonra buraxıblar. Bir necə gün sonra (03.07.2011) yaşadığım ünvana 3 mülki geyimli şəxs gəlib və məni polis bölməsinə apardılar. 2 gün saxladılar. Həmin müddətdə mənəvi və fiziki işgəncələrə məruz qaldım. Şəraitsiz və çox isti otaqda saxladılar. Otaqda hətta nəfəslik də yox idi. Tez-tez idmançı görkəmində olan şəxslər gəlib məni hədələyir, bir daha heç bir mitinqdə iştirak etməyəcəyimi deyir, fiziki güc göstərirdilər. 2 gündən sonra sərbəst buraxdılar. Mənə fiziki və mənəvi işgəncə verdikləri üçün, bir müddət həkim nəzarətində müalicə almağa məcbur qaldım.

20.08.2011-ci il tarixdə də 3 nəfər mülkü geyimli şəxs yaşadığım ünvana gəlib. Həmin vaxt mən evdə olmamışam. Hamilə olan həyat yoldaşıma qarşı kobudluq ediblər. Hamilə həyat yoldaşım mənim evdə olmadığımı desə də, onlar yoldaşıma qarşı zorakılıq edərək, evə giriblər və məni axtarmağa başlayıblar. Həyat yoldaşım qorxudan və onların zorakılığından 2 aylıq uşağı salıb. Mən evə qayıdanda yoldaşımın vəziyyəti ağır idi. Təcili həkim çağırdıq və yoldaşımın vəziyyəti pis olduğu üçün xəstəxanaya apardıq. Beləliklə həyat yoldaşım 5 gün xəstəxanada müalicə aldı - P.İsmayılov deyib.

Müsahibimiz ölkəni tərk etmək məcburiyyətində qaldığını bildirir: “Həmin günün gecəsi (20.08.2011) xəstəxanadan evə qayıdanda məni tutub, polis bölməsinə apardılar. Mənə və ailəmə qarşı təhdidlərin və təzyiqlərin davam ediləcəyini bildirdilər. Mən həbs olunacağımı ehtimal etdim və ölkəni tərk etmək məcburiyyətində qaldığımı düşündüm. Buna görə də tezliklə ölkənitərk etmək qərarına gəldim. Həyat yoldaşım müalicəsini bitirdikdən və özünü yaxşı hiss etdikdən sonra ölkəni tərk edib (2011 dekabr), Almaniyaya gəldim.

Oxunuş sayı 1470 dəfə
Şərh vermək üçün giriş edin
Top