Cümə, 22 Aprel 2016 22:00

NASA-dan qorxulu PROQNOZ: Bu yay dəhşətli istilər olacaq

Bu il dünyanı rekord dərəcədə istilərin qeydə alınacağı yay gözləyir. ANS PRESS-in məlumatına görə, yazın ilk ayı olan mart indiyə qədərki ən qızmar mart rekordunu yeniləyə bilib. Amerikalı elm adamları yay üçün pqronozlarını məhz bu rekorddan sonra yenidən veriblər. 

NASA rəsmisi olan Gavin Şmit bu yayın 1800-cü ildən sonra ən qızmar yay olmasının gözlənildiyini deyib. O, elmi araşdıma və ölçmələrin nəticələrini qiymətləndirib.  NASA rəsmisi verilən proqnozların 99 fazi reallığı əks etdirəcəyini deyib. 

NASA nəzdində araşdırma aparan elm adamları 2016-cı ildə gözlənilən istilik rekordlarını müəyyən etmək üçün bu aya kimi müşahidə edilən göstəricilərin kifayət olduğunu bildiriblər. 

Amerikalı alimlər bunun səbəbini Əl Nino cərəyanında görürlər. Onlar düşünürlər ki, Əl Nino təbiət hadisəsi ancaq quraqlıq, qızmar hava yox, eyni zamanda şiddətli soyuqlar, sel və fırtınaları da özü ilə bərabər gətirəcək.  

Onun təsiri ilə bir-birinə çox yaxın regionlarda belə tamamilə fərqli iqlim müşahidə edilə bilər. 

Cərəyan qlobal iqlimə olduqca böyük təsir göstərəcək. Qlobal istiləşməyə səbəb olan Əl Nino 2015-ci ili tarixin ən qızmar ili kimi tarixə salmışdı. 2016-cı ildə isə onun təsirini daha da artıracağı proqnozlaşdırılır. Əl Nino cərəyanı Sakit Okeanda yaranır, su səthinin isinməsi ilə özünü göstərir. Hər 3-7 ildən bir təkrarlanan Əl Nino Sakit okeanın çox qızması nəticəsində yaranır.

Bir müddət öncə İngiltərənin Reading universitetinin elm xadimi Nik Klingaman da 2016-cı ildə dünyanın quraqlıqla mübarizə aparacağını proqnozlaşdımışdı. Onun sözlərinə görə, bir çox tropik ölkədə yağışların miqdarı 20-30 faiz azalıb. "İndoneziya tarixinin ən böyük quraqlığını yaşayıb. Hindistanda musson yağışlar 15 faiz az müşahidə edildi. Braziliya və Avstraliyada da eyni hadisələri gözləyirik". 

Oxunuş sayı 1402 dəfə
Şərh vermək üçün giriş edin
Top