Cümə, 15 Aprel 2016 22:00

“Azərbaycanda vətəndaş çəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?" - FORUM

Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsi aprelin 19-da Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirəcək. Bu barədə VCMK-dən Xeber.İnfo-a məlumat daxil olub.

“Azərbaycanda vətəndaş çəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” - mövzusunda təşkil olunacaq Forum Beynəlxalq Mətbuat Mərkəzinin Dəyirmi Masa Zalında saat 10-dan 13-dək baş tutacaq. Forumda yeli və beynəxlaq vətəndaş cəmiyyəti institutlarının, uyğun dövlət orqanlarının, beynəlxalq təşkilatlar və xarici ölkələrin səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Foruma KİV və ictimaiyyət nümayəndələri dəvətlidirlər. 

Xeber.İnfo

Oxunuş sayı 1262 dəfə
Şərh vermək üçün giriş edin
Top