Çərşənbə, 24 Avqust 2022 22:28

Yolunu azmış yol idarəsinin müdiri: qanunsuz biznes, büdcəni talama və eyş-işrət

Azərbaycanda dövlətdən maliyyələşən bəzi idarə və müəssisələrin rəhbərlərinin həyat tərzi barədə illərdir ki, mediada yazılır.

Dövlət büdcəsini talan edən bu məmurlar səlahiyyətlərini, sahib olduqları inzibati resursları özlərinin və yaxınlarının eyş-işrət, cah-cəlal içərisində yaşamaqlarına sərf edirlər.

Son illər ölkədə korrupsiyaya, dövlətin əmlakını, resurslarını, büdcəsini havaya sovuran məmurlara qarşı aparılan mübarizə, görünür, bəzi məmurları hələ də bu çirkin yoldan çəkindirməyib.

İlginc məqam budur ki, büdcəyə qənim kəsilən, vəzifə səlahiyyətindən sui-istifadə edən məmurlar mərkəzi şəhərlərdən daha çox əyalət rayonlarındadırlar.

Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan bu məmurları həyatlarını orta əsrlər xanlarına məxsus cah-cəlal, eyş-işrət içərisində sürürlər.

Əldə etdiyimiz məlumata görə, yaşam tərzi, maddi sərfiyyatı dövlətdən aldığı məvaciblə uzlaşmayan məmurlardan biri də 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovdur.

Sədr müavini olacağını deyən müdirin biznes imperiyası...

62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarov son bir neçə ildir ki, yaxın ətrafına “Azəravtoyol” ASC-yə sədr müavini vəzifəsinə gedəcəyini bildirir.

Hazırda “Azəravtoyol” ASC-də sədr müavini vəzifəsində çalışan Əvəz Qocayevlə xüsusi dostluq münasibətləri olan Firdovsi Qafarov vaxtilə bu quruma rəhbərlik edən Cavid Qurbanovun kadrlarından hesab edilir.

Əslən Kəlbəcər rayonundan olan F.Qafarovun Naftalan və Bakı şəhərində xeyli daşınmaz əmlakının olduğu da deyilir.

Hələ bir neçə il öncə dövlət büdcəsindən çırpışdırdığı pullar hesabına Naftalan şəhərində "Şərab evləri" biznesi açan F.Qafarov bir müddət sonra bu biznesi batırdı. Lakin büdcədən axan ardı-arası kəsilməyən vəsaitlərin hesabına yol idarəsinin müdiri yeni biznes "layihələrinə" start verib.

Övladının altına altmış min manatlıq mersedes-benz avtomobili alan Firdovsi Qafarov indi də Naftalanda "Lombard" biznesinə girişib.

Firdovsi Qafarovun "vəzifə təyinatları"

Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovun yuxarıda eyş-işrət, cah-cəlal içərisində yaşadığını vurğulamışıq. Zaman-zaman bir çox yuxarı vəzifəli şəxslərlə xüsusi münasibətlərinin olduğunu hər düşən fürsətdə məclis iştirakçılarının diqqətinə çatdıran F. Qafarov hazırkı vəzifənin onun statusuna uyğun gəlmədiyini bildirir.

Yaxın zamanlarda sədr müavini təyin ediləcəyi barədə artıq yuxarı instansiyalarda "xeyir-dua" verildiyini tez-tez dilə gətirən idarə müdirinin bəzi vəzifə təyinatlarına da təsir etdiyi deyilir.

Məlumata görə, camaat arasında dolaşan söz-söhbətə görə Firdovsi Qafarovun vəzifəyə təyin etdirdiyi şəxslərin heç də hamısı dövlət idarələrinə yönləndirilmir. Belə ki, onun son zamanlar vəzifəyə təyin etdirdiyi şəxslərdən biri də S adlı (ad şərtidir. red) bir xanımdır. Gəncə şəhərində yerləşən "Premium Hotel"in müdiri Rasim Məmmədovla olan dostluq münasibətlərindən istifadə edən Firdovsi Qafarov əvvəllər adi sadə işlərdə çalışan, idarəetmədən heç bir anlayışı olmayan bu xanımı həmin Hoteldə birdən-birə direktor müavini təyin etdirə bilib. Gəncə şəhərində gəzən söz-söhbətə görə isə sonadan direktor müavini S.... xanımla Hotelin direktoru Rasim Məmmədov arasında çox isti münasibətlər yaranıb. Sürətlə inkişaf etdiyi iddia edilən bu münasibətlər qısa müddət ərzində Rasim Məmmədovun yaxınlarını narahat etməyə başlayıb. Lamin sonradan Hotelin direktoru Rasim Məmmədovun atasının sərt təpkisindın, narazılığından sonra S.....ə xanım vəzifəsindən uzaqlaşdırılıb.

Deyilənlərə görə Firdovsi Qafarovun xanım kadrı "Premium Hotel"dəki vəzifəsindən uzaqlaşdırılsa da, söz-söhbət kəsənə kimi idarəetməni evdən etdiyi iddia edilir. Çox maraqlıdır, ömrü boyu Gəncədən kənar bölgələrdə yaşayan, çalışan bu xanım necə oldu ki, birdən-birə Gəncə şəhərinə gəldi və "Premium Hotel"-ə direktor müavini vəzifəsinə təyinat aldı? Bu, yəqin ki, çoxlarına qaranlıq olsa da, kimlərəsə agahdır...

Bəs düşmən işğalından azad edilmiş Şuşanın, Kəlbəcərin abadlaşdırılması üçün iş təklifləri alan Rasim Məmmədov necə oldu ki, bir idarə müdirinin mənasız xahişini, israrını rədd edə bilmir? Hələ də Firdovsi Qafarov qırsaqqız kimi Rasim Məmmədovdan köhnə xahişlərini davam etdirməkdədir.

Sevdalı idarə müdirinin Bakı sərgüzəşti...

Ölkənin bu həssas dönəmində hər bir vətəndaşın öz üzərinə düşən məsuliyyəti dərk etməsi ən vacib məsələlərdəndir.

Xüsusən də rəsmi vəzifədə çalışan, üzərində böyük vəzifə məsuliyyəti olan şəxslər-məmurlar bu həssas dönəmdə vəzifə öhdəliklərinə vicdanla yanaşmalı, dövlətin inkişafı yönündə bütün bacarıqlarını, enerjilərini, zamanlarını ortaya qoymalıdırlar.

Bəs Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarov bunu edirmi?

Dəhşətli məqam budur ki, özünə yeni-yeni biznes layihələri fikirləşən Firdovsi Qafarov heç çox zaman yerində tapılmır. Çoxlarının "müdir sahədədir" sözlərinə alışdığı bir vaxtda isə Firdovsi Qafarovun səsi, daha doğrusu, səs-səmiri paytaxt Bakıdan gəlir.

Firdovsi Qafarov həftələrlə işdə tapılmır. Dövlət idarəsinə dədə mülkü kimi baxan Firdovsi Qafarov sanki idarə müdiri yox, hansısa özəl universitetin qiyabi tələbəsidir. İddialara görə paytaxtın prestijli ticarət mərkəzləri, restoranları və digər əyləncə mərkəzləri, bu iki nöcavanın tez-tez getdiyi yerlərə çevrilib.

İddialara görə S....ə xanım iyun ayının 25-30-da paytaxt Bakının ən prestijli istirahət mərkəzlərindən biri olan "Dəniz Mall"da yaxınları ilə olub. Həmçinin həmin məlumatda Firdovsi Qafarovla S.....ə xanımın Bakıda məşhur istirahət mərkəzlərindən birində görünüblər.

Onu da qeyd edək ki, Firdovsi Qafarovun Azəravtoyol ASC-nin sədri Saleh Məmmədovun qəzəbinə gəlib. ASC sədrinin idarə müdirinə olan qəzəbinin səbəbi isə Kəlbəcər rayonunda inşa edilən yolun çəkilişlərində iştirak edən Naftalan Şəhər Yol İstismar İdarəsinin işləri keyfiyyətsiz aparmasıdır.

Mövzu ilə bağlı yaxın zamanlarda yeni informasiyalar verəcəyik...

Oxunuş sayı 3250 dəfə
Şərh vermək üçün giriş edin
Top