Cümə axşamı, 28 İyul 2022 23:35

Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR: Bir milyon manatlıq MAXİNASİYA – FOTOLAR

Büdcə vəsaiti “QHT Nəşriyyatı” adı ilə göyə necə sovruldu?

Təqribən 10 il öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təmtəraqlı şəkildə “QHT Nəşriyyatı” yaradıldı. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon manat vəsait ayrıldı.

Şuranın sədri Azay Quliyev bəyan etdi ki, Nəşriyyat qazandığı vəsaiti QHT-lərə ayrılan qrant fonduna əlavə edəcək, bundan sonra maliyyə asılılığı azalacaq. Amma tam əksinə oldu, Şura nəşriyyatın saxlanması üçün əlavə vəsaitlər ayırmağa başladı. Üstəlik bütün qalib QHT-lər məcbur edildi ki, çap işlərini “QHT Nəşriyyatı”nda həyata keçirsinlər.

Məsələ ilə bağlı bir qədər araşdırma apardıq. İlkin əldə etdiyimiz məlumat o oldu ki, 1 milyon manat vəsaitin nəşriyyatın yaradılması üçün ayrılmasına Maliyyə Nazirliyi etiraz edib. Uzun müddət danışıqlar aparıldıqdan sonra QHT Şurası vəsatin ayrılmasına nail olub. Sənədlər üzərində həmin vəsaitin konkret hansı şirkətə və ya quruma ayrılması, habelə tender keçirilməsi ilə bağlı ictimaiyyətə heç bir məlumat açıq olmayıb. Çünki “QHT Nəşriyyatı” yeni yaradılmamışdı, sadəcə mövcud olan nəşriyyatın adı dəyişdirilmişdi. Azay Quliyevin ailə dostu Rafiq Hüseynova məxsus “Əbdüloğlu Nəşriyyatı”nın sadəcə adı dəyişdirilib və “QHT Nəşriyyatı” olub. Beləliklə, dövlət büdcəsindən ayrılmış 1 milyon vəsaitə bir neçə dəmir parçası alınaraq, külli miqdarda vəsait sənədlər üzərində silindi.

Əməkdaşlarımızın uzun axtarışından sonra “QHT Nəşriyyatı”nın əvvəllər yerləşdiyi məkanı tapdıq. Mənzərə çox acınacaqlı idi. Dövlət büdcəsi hesabına qurulduğu deyilən nəşriyyatın avadanlıqları həyətə tullanılıb, açıq havada saxlanaraq məhv edilib, onların daxilindəki bütün detallar çıxarılıb. Sadəcə metal parçası halına salınaraq dövlət büdcəsinə küllü miqdarda ziyan vurulub. Yəqin ki aidiyyəti qurumlar, maliyyə nəzarətini həyata keçirən təşkilatlar buna hüquqi qiymət verəcək.(nocomment.az)

Azay Quliyevin pafoslu şəkildə QHT nəşriyyatının əhəmiyyəti barədə dediyi sözlər əslində QHT Şurasının fəaliyyətinin bütövlükdə nədən ibarət olduğunu ortaya qoyur.

Sual edirik, Binəqədi sakinlərinin seçimi əsasında Parlament üzvü olan Azay Quliyev dövlətin ona etibar etdiyi vəsaiti belə qoruyurdumu? Bu məsələdə ona kim və ya kimlər kömək edirdi?

QHT Nəşriyyatı və bu cür saxta təşəbbüslərlə nə qədər dövlət vəsaitinin havaya uçurulmasını yəqin ki aidiyyəti qurumlar araşdırarlar.

https://nocomment.az/public/cloud/2022/07/nocomment_eebac03b9adfc1d88a0f31456b792a57_gk2z91yims8uh54fcj3v-169x300.jpg 169w, https://nocomment.az/public/cloud/2022/07/nocomment_eebac03b9adfc1d88a0f31456b792a57_gk2z91yims8uh54fcj3v-576x1024.jpg 576w" sizes="(max-width: 720px) 100vw, 720px" width="720" height="1280"> https://nocomment.az/public/cloud/2022/07/nocomment_29289ec4d57edad3b155625f53bf2d6b_cpomiwb9qv50624l7rt3-169x300.jpg 169w, https://nocomment.az/public/cloud/2022/07/nocomment_29289ec4d57edad3b155625f53bf2d6b_cpomiwb9qv50624l7rt3-576x1024.jpg 576w" sizes="(max-width: 720px) 100vw, 720px" width="720" height="1280">

konkret.az

 
Oxunuş sayı 1477 dəfə
Şərh vermək üçün giriş edin
Top