Çərşənbə, 13 Aprel 2016 22:00

Arif Alışanovun bahalı malikanələri - FOTO

AzTv-yə ayrılan pulların hara xərcləndiyi məlum oldu

Hesablama Palatasının bir neçə gün əvvəl yaydığı məlumatda audit yoxlaması nəticəsində AzTV-də maliyyə pozuntularına yol verildiyi və dövlət vəsaitinin xərclənməsində ciddi nöqsanların aşkara çıxarıldığı qeyd olunmuşdu. Ondan əvvəl isə Satınalmalar üzrə dövlət agentliyinin son beş ildə keçirdiyi tenderlə bağlı mediada araşdırma materialları çap edilmiş və “AzTV-yə ayrılmış milyonlar necə xərclənib” tipli suallar səslənmişdi.

 

Məlum olmuşdur ki, tenderdə müəmmalı şirkətlər, o cümlədən Yeni Zellandiya, Uruqvay və s. kimi ölkələrin heç kimin tanımadığı şirkətləri tenderi udur və sonradan “əriyib” yoxa çıxırlar. Bütün bunlar cəmiyyətdə çoxlarını, son on ildə dövlət büdcəsindən AzTV-yə ayrılmış 660 milyon manat vəsaitin düzgün xərclənməməsi qənaətinə gətirir.

AzToday.az xəbər verir ki, AzTV-yə ayrılan pulların aqibəti bəlli deyil, bəs “pullar hara gedir” sualına cavb axtaranlar sosial şəbəkələrdə AzTV-nin sədri, ixtisasca mühasib olan A.Alışanovun Bakının mərkəzindəki malikanəsinin, həmçinin Bilgəh, Fatmayi və Xızıda olan villalarının foto şəkillərini yaymaqla cavb verirlər.

Oxunuş sayı 1568 dəfə
Şərh vermək üçün giriş edin
Top