Çərşənbə axşamı, 21 Sentyabr 2021 22:00

Lerikdə korrupsiya araşdırmaları aparılır

 Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Lerik Rayon İcra Hakimiyyətində yoxlamalar aparırlar.

Bu barədə Lerikdəki mənbə Xeberinfo.de-yə məlumat verib. Onlar bildiriblər ki, korrupsiya araşdırmaları bütün sahələr üzrə davam etdirilir: "Lerikdə Rövşən Bağırov və Cəlil Baxşıyev tərəfindən 15 il müddətinə mənimsənilən dövlət əmlakı görəsən tam şəkildə araşdırılaraq geri qaytarılacaqmı? Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları artıq yoxlamalara başlayıblar". Mənbə deyir ki, Lerikdə şikayətçilər də çoxdur: "İddiaçı araşdırmanı obyektiv aparılacağını tələb edir. Kimlər həbs olunacaq, hələ bilinmir? Yəqin ki, Lerik rayonun abadlığına ayrılan milyonları şəxsi villa və istirahət mərkəzlərinə sərf edən R.Bağırov və C. Baxşiyev narahat ola bilərlər. Axı onlar şərikli qardaş idilər. Tikilmiş 48 mənzilli (imkansız ailələr üçün) evdə mənimsəmə, pulla satılma, başqasının adına özləri üçün götürülmə, imkanlı adamlara həmin evlərdən satılma və.s hallar aşkar olunur".

Baş Prokurorluq məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Oxunuş sayı 251 dəfə
Şərh vermək üçün giriş edin
Top