Bazar, 27 İyun 2021 02:37

Gəncə məhbusunun vəziyyəti ağırlaşıb

Gəncə məhbusu Ceyhun Ələkbər oğlu Qurbanovun səhhətinə ciddi təhülkə yaranıb. Onu Penetensiar Xidmətin Müalicə Mərkəzinə köçürüblər. Bu barədə məhbusun anası Vetenugrunda.az-a məlumat verib: 

"Ceyhunun damarında, ayaqlaqlarında ciddi problem var. İndi ayaqları yığışır. Uşaqlıqda aldığı tramvadan onda epilepsiya yaranıb. Gün ərzində bir neçə dəfə tutmaları olur. Yəni Ceyhunu hər dəqiqə itirə bilərik".

Anası deyir ki, Ceyhun təxminən 10-11 yaşlarında liftin qırlması nəticəsində ciddi kəllə beyin travması alıb. O, iki ilə qədər xəstəxana şəraitində müalicə alıb. Elə zədələndiyi ilk gündən qıcıolmalar, epilepsiya başlayıb.

Lakin Ceyhunun təkcə beynində deyil, diz qapaqlarında və ayaqlarında ciddi zədələrin olduğunu ailə çox gec bilib: "Ceyhun körpəlikdən müalicə ilə yaşayır. Hər gün dərmanlar içir bu günə qədər. İndi bir yandan epilepsiya, bir yandan ayaqlarının tutulması oğlumun vəziyyətini ağırlaşdırıb. Yunis Səfərovun uzaq qohumu olduğuna görə oğlumu həbs ediblər 3 ildir. 3 ildir heç bir günahı olmayan xəstə oğluma görə mən də Gəncə -Bakı yollarında qalmışam.

Amma bu ölkədə bir səlahiyyətli şəxs çıxıb soruşmur ki, ay vətəndaş, axı sənin dərdin nədir? Heç bir günahı olmadığı halda, haqqında qaldırılan ittihamların heç biri sübut olunmadığı halda oğluma Bakı Ağır Cinayətlər məhkəməsində prokuror 18 il həbs cəzası istəyib. Epilepsiya xəstəsi olan bir adam 18 il həbsdə yata bilərmi?"

Ceyhun Qurbanovun vəkili Vamiq Şükürov məhkəmə zamanı bildirdi ki, Ceynunun hər gün qıcolmaları, sudurğası tutur və o, özündən gedir. Kimsə köməyinə çatmasa sudurğadan həyatını itirə bilər:  "Bəzən qıcolmalardan elə şiddətli ağrılar başlayır ki yumruqları ilə divara döyəcləməkdən əllərinin qanı axır. Heç bir günahı olmadığı halda bu gənci ölümlə üz-üzə qoymaqda məqsəd nədir?"

Ceyhun Qurbanov 2018-ci ilin iyul ayında öz ailəsini Bakıya həkimə gətirdiyi vaxt onu Binəqədi polis bölməsində saxlayıblar. Sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Ceyhunun epilepsiyası tutur və onun dərmanlarnı gətirdirlər.

2018 ci ilin oktyabrında Ceyhunun sanksiya müddəti bitir. Lakin onun qıcolmaları tutur və danışıq qabiliyyətini itirən, tam hərəkətsiz halda olan Ceyhunu sürüyə-sürüyə məhkəməyə gətiriib həbs müddətini 4 ay da artırıblar. Onu Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edirlər.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər məhkəməsində Əfqan Hacıyevin sədrliyi ilə Yunis Səfərovun da daxil edildiyi 12 nəfərlik qrupun məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Vəkillərin Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin məhkəmədə iştirakı haqqında qaldırdıqları vəsatətə cavab olaraq onun anlaqlı vəziyyətdə olmadığı haqqında sənəd təqdim edilib. Vəkillər Elmar Vəliyevin anlaqlı vəziyyətdə olub olmadığını yoxlamaq üçün ekspertizanın təyin edilməsi haqqında vəsatət qaldırıblar. Vəsatət təmin olunub, məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. 

Oxunuş sayı 266 dəfə
Şərh vermək üçün giriş edin
Top