Çərşənbə axşamı, 16 İyun 2020 01:44

Rusiya polisi azərbaycanlılara atəş açdı - ölən və yaralılar var

Azərbaycana dönmək istəyən və artıq aylardır Dağıstanda ağır şəraitdə yaşayan vətəndaşlarımıza OMON atəş açıb.

Dağıstanın Məhərrəmkənd rayonunun Kullar qəsəbəsinin yaxınlığında səhra şəraitində yaşayan vətəndaşlarımız sərhəddə yaxınlaşmaq istəsələr də, OMON buna imkan verməyib: "Vəziyyət o həddə çatıb ki, polis atəş açıb və nəticədə ölən var. Dəqiqləşdirilməmiş məlumata görə, 2 nəfər ölüb. Amma yaralananlar da çoxdur".
Qeyd edək ki, Kullarda ağır şəraitdə yaşayan soydaşlarımıza bu gecə keçidin açılacağı bildirilib və onlar sərhəddə gəlmək istərkən polislə toqquşma baş verib.
Gec saatları olduğu üçün məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini almaq mümkün olmadı. Hadisə barədə geniş məlumat verəcəyik.

Oxunuş sayı 1648 dəfə
Şərh vermək üçün giriş edin
Top