Çərşənbə axşamı, 19 May 2020 01:03

“Kölgə” YB-nin bəyanatı - İcra başçılarının aldığı rüşvət məhz dövlət rəhbərinə ötürülür

“Kölgə” Yardım Birliyi son aylarda icra başçılarının baş tutan həbslərini hakimiyyətin cəhdi hesab edir. Birliyin mayın 18-də yaydığı bəyanatda bildirilir ki, bu həbslər dövlət başçısı İlham Əliyevin islahat cəhdi deyil. Həbslərin islahat kimi təqdimatı yanlışdır. Baş verənlər hakimiyyətdaxili oyunların cəmiyyət tərəfindən görünən tərəfidir.
“Kölgə” Yardım Birliyinin bəyanatında qeyd edilir ki, beş icra başçısının həbsi hakimiyyət daxilində gedən savaşın detallarıdır, hakimiyyət daxili mübarizənin tərkib hissəsidir, eyni zamanda, siyasi şoudur. Ölkədə hər kəsə bəllidir ki, rüşvət almayan icra başçısı yoxdur, rayon rəhbərlərinin hamısı rüşvətxor və korrupsionerdir. Bunu dövlət başçısı İlham Əliyev də çox yaxşı bilir. İcra başçılarının aldığı rüşvət hakimiyyətdə ən yüksək mərtəbəyə, məhz dövlət rəhbərinə ötürülür. Belə olan halda həbslərin korrupsiya ilə belə mübarizə kimi təqdimatı da doğru deyil. Həbs olunan icra başçılarının sahibkarlardan rüşvət aldığı, hətta sosial yardım və işsizlik müavinətini mənimsədiyi açıqlanır. İcra başçılarının və bu zəncirdə dövlət başçısının yoxsul təbəqənin sosial təminatı üçün ayrılan pulları mənimsəməsi rəzalətdir. İcra başçılarını həbs etməklə korrupsiya ilə mübarizə aparılması görüntüsü yaratmaq olmaz. İlham Əliyev bu həbslərlə və son dövrlərdə korrupsiyaya qarşı verdiyi bəyanatlarla komandasında islahat apardığı görüntüsü yaratmağa çalışır. Ancaq o, təyin etdiyi icra başçılarının illərlə etdiyi quldur əməllərindən xəbərsiz deyil, əksinə, bu quldurlarla şərikdir. “Kölgə” Yardım Birliyi bəyan edir ki, bu quldur rejim dəyişmədikcə, şər aparatının ayrı-ayrı hissələrinin dəyişdirilməsi ölkə üçün müsbət heç nə vəd etmir".

Oxunuş sayı 823 dəfə
Şərh vermək üçün giriş edin
Top