Bazar, 10 Aprel 2016 22:00

Firuz Kazımoğlu: “Hormətli Arif müəllim, ...səmimi olaraq dərin peşmançılıq hissi keçirirəm”

Deyirlər ki, hər ibrətamiz kəlamın öz hekayəti var. Yəqin ki, "mən filankəslə kəşfiyyata getmərəm” deyimi də təsadüfən meydana çıxmayıb. Mümkündür ki, bu kəlmənin müəllifinin qarşısına AzTV-nin "Hərbi-vətənpərvərlik” redaksiyasının keçmiş baş redaktoru Firuz Kazimoğluya (Novruzova) bənzər biri çıxıbmış. Onunla işlədiyim dönəmdə buna tam əmin oldum. Əlbəttə, hətta ən agır sözə belə layiq olmayan bu zat barəsində nəsə demək onu "sərəfləndirmək” olardı. Əminəm ki, jurnalistika peşəsinə sadiq olan media nümayəndələri də bu adamın xislətinə bələd olsaydılar, onun imzasını öz portallarında görmək istəməzdilər. Qisaca demək istəyirəm ki, 1997-ci ildən AzTV-nin hərbi-vətənpərvərlik redaksiyasında çalışmış F.Kazımoğlunu qorxaq, araqarışdıran, riyakar, rüşvətxor, tabeliyində olan işçilərinin, xüsusilə də qadın əməkdaşlarının hüquqlarını kobudcasına tapdayan, şərəf, ləyaqət kəlmələrindən tamamilə uzaq olan bir zat kimi tanıdıq. Yaxşı xatirlayıram ki, AzTV-nın keçmiş sədri Nizami Xudiyevin dönəmində F.Kazımoğlu getdiyi bütün ezamiyyətlərdən problemlərlə geri dönürdü. Amma ondan coxsaylı şikayətlər gəlsə də, bu hallar ört-basdır edilirdi. Çünki Qərbi azərbaycanlıların ağsaqqalı olan N.Xudiyev onun müəllimi olmuşdu. Amma insani münasibətlərə xüsusi dəyər verən, vəzifəsindən və peşəkarlığından asılı olmayaraq, hər kəsdə tərbiyəni, nəcibliyi və lütfkarlığı yüksək qiymətləndirən AzTV-nin indiki sədri Arif Alışanovun dövründə belə davranış qəbul oluna bilməzdi. Düzdür, Firuz bəzi "hamilərinin” müvəqqəti kürsüdə olması sayəsində A.Alışanovun dönəmində baş redaktor vəzifəsinə yüksələ bilsə də, oradan radionun "Xəbərlər”indəki müxbir postuna göndərilməsi cox da uzun sürmədi. Hətta dəfələrlə "Arif müəllimin ayağının altının tozunu da udmağa hazıram, o qardaşdı" deyən F.Kazımoğlunu yaltaqlıq da xilas edə bilmədi... Əslində F.Kazımoğluna zaman sərf etməyə dəyməz. Onun hansı xislət yiyəsi olduğunu anlamaq üçün AzTV sədrinə unvanladığı 21 aprel 2015-ci il tarixli izahatının bir hissəsini olduğu kimi, nöqtəsinə-vergülünə toxunmadan oxuculara təqdim etmək kifayətdir. Həmin izahatda F.Kazımoğlu yazıb: "Hörmətli Arif müəllim, əlbəttə, qəbul etdiyim qərara görə səmimi olaraq dərin peşimançılıq hissi keçirirəm. Minnətdarliq hissi ilə nəzərinizə çatdırıram ki, Azərbaycan Televiziyasında işlədiyim 20 il müddətində şəxsən Siz yaradıcılığımı müntəzəm olaraq diqqətdə saxlamış, bu istiqamətdə hər zaman dəstək göstərmisiniz. Sizin birbaşa qayğiniz, hər cür dəstəyinizlə hazırladığım "Əsirlər” filmi Samir Əsgərxanov, erməni terror aktları ilə bağlı "Ölüm maşını” filmim isə Çingiz Mustafayev Fondunun mukfatlarına layiq görülüb. Onu da xatirlatmağı lazım bilirəm ki, birbaşa Sizin iradənizlə hazırkı vəzifəyə təyin edilmişəm. Səmimi olaraq demək istəyirəm ki, bu günədək şəxsən Sizin etimadınızı doğrultmaq üçün istedadımı və əməyimi əsirgəməmişəm. Möhtərəm cənab sədr, mənimlə bağlı verəcəyiniz qərarınızda yuxarıda yazılanların nəzərə alınacağına ümid etmək istəyir və buna görə Sizə əvvəlcədən minnətdarlığımı bildirirəm”. Firuz Novruzov. 21 aprel 2015-ci il.” İndi siz deyim, əziz oxucular, bu zatın kiminsə şərəf, ləyaqət kimi dəyərlərindən danışmasına haqqı varmi? Məncə, yox! P.S. Yazı hazirlanarkən, F.Kazımoğlunun törətdiyi bir cinayəti öz yaxın qohumunun vasitəsilə necə ört-basdır etdiyinə dair məlumat aldım. Hazırda həmin fakt araşdırılır. Gələcək yazılarımızda buna qayıtmaq fikrindəyik

.Mətanət Cəfərova

Oxunuş sayı 1766 dəfə
Şərh vermək üçün giriş edin
Top