Cümə axşamı, 30 Aprel 2020 20:34

Mübariz Mənsimova azadlıq - Almaniyada aksiya - VİDEO

Bu gün (30.04.2020) Türkiyə Respublikasının Almaniyanın Essen şəhərindəki Konsulluğu qarşısında "İş adamı Mübariz Mənsimova azadlıq" şuarıyla aksiya keçirilib. Bu barədə aksiyanın təşkilatçısı siyasi mühacir Könül Əmirova məlumat verib. K.Əmirova Xeberinfo.de-ə bildirib ki, Covid19-la əlaqədar kütləvi tədbirlərə icazə verilmədiyi üçün tək adamlıq aksiya etmək qərarına gəldim: "Düşünürəm ki, iş adamı Mübariz Mənsimovu müdafiə etmək hər birimizin borcudur. Covid 19-la əlaqədar kütləvi təbdirlər yasaq edilib. Ona görə də təkadamlıq aksiya keçirib, etirazımı bildirmək istədim. Mənsimov bu günə qədər həm xeyriyyəçi kimi tanınıb. Hər zaman Azərbaycanı dəstəkləyib, azərbaycanlıların yanında olub. Ona qarşı irəli sürülən ittahlara inanmır, Türkiyə dövlətindən ədalətli araşdırma və ədalətli qərar gözləyirik. Aksiyadan məqsədim, azərbaycanlı xeyriyyəçi, iş adamını müdafiə etmək idi. Bildiyiniz kimi aksiyanın şuarı "İş adamı Mübariz Mənsimova azadlıq" idi. Əsas tələbim isə, məsələni siyasiləşdirmədən, ədalətli araşdırmadır". 

Xeberinfo.de

Oxunuş sayı 1315 dəfə
Şərh vermək üçün giriş edin
Top