Çərşənbə, 15 Aprel 2020 23:04

İşarət dilinin təbliğinə böyük ehtiyac var

Aida Səfərova: "Məqsədimiz eşitmə və danışma imkanları məhdud olan insanların sosiallaşmasına dəstək verməkdir"

"Səssiz Dünya - İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək" İctimai Birliyinin baş katibi Mahmud Səfərovun fəal gənc olması ona uğurlar qazandırdı. Azərbaycanı xarici ölkələrdə təmsil edən Mahmud Səfərov dəfələrlə müxtəlif beynəlxalq qurumların təşəkkürnamələrilə təltif olunub. Bu sözləri Xeberinfo.de-ə “Səssiz Dünya - İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək" İctimai Birliyinin sədri Aida xanım \səfərova bildirib. Onun sözlərinə görə, Birliyin əsas məqsədlərindən olan regional və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və idmanın inkişafı sahəsində dövlət tərəfindən görülən tədbirləri təblig etməkdir: "Mahmud Səfərov baş katib olaraq, bu kimi məqsədlərin xususi məharətlə həyata keçirilməsinə nail olmusdu. BƏƏ-in Dubay şəhərində ilk dəfə keçirilən Beynəlxalq Karnavalda Azərbaycanı təmsil etmiş və BƏƏ-də Qeyri Hökumət Təşkilatları tərəfindən təşəkkürnaməyə layiq görülmüşdü. Bundan əlavə Mahmud Səfərov Ukrayna, Gurcustan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, Qırğızıstan, Belarusiya və İranda ölkəmizi təmsil edərək, həmin olkələrdə təltif olunmusdu. “Səssiz Dünya" İctimai Birliyi fəaliyyəti dövründə M.Səfərovun və Birliyin sədri Aidə Səfərovanın təşəbbüsü ilə 6 sosial çarx ərsəyə gəlib. Beynəlxalq eşitmə və danışma məhdudiyyətlilər gününə həsr olunmuş, daha sonra İslam dinindəki gözəllikləri eşitmə məhdudiyyəti olan insanlara çatdırmaq üçün Azərbaycanda ilk dəfə dini moizələri Jest dilinə tərcümə edib, video çarxlar hazırlayıblar.  Mahmud Səfərov Jest dili təlimçisi kimi, Azərbaycanın müxtəlif təhsil ocaqlarında təlimlər keçir".

Qeyd edək ki, Birliyin yaradılmasından məqsəd eşitmə və danışma imkanları məhdud olan insanların sosiallaşmasına, işarət dilinin təbliğinə dəstək vermək və bu sahədə görülən tədbirləri davam etdirməkdən ibarətdir. Birliyin sədri Aida xanımın dediyinə görə, Birliyə üzv olmaq üçün müraciət edənlərin sayı kifayət qədərdir. Bu da, Birliyimizə qarşı inam və etibarın bariz nümunəsidir.

Oxunuş sayı 1110 dəfə
Şərh vermək üçün giriş edin
Top