Bazar, 22 Dekabr 2019 15:41

Ramiz Mehdiyevin həyat yoldaşına vəzifə verildi

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” və “Ehtimal nəzəriyyəsi” ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb.

AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan “Kompüter elmləri” ixtisası üzrə Dissertasiya şurasının sədri professor Qalina Mehdiyeva təyin olunub.

Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin 75 yaşlı həyat yoldaşı – fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyeva hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsində Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır.

Oxunuş sayı 970 dəfə
Şərh vermək üçün giriş edin
Top