Şənbə, 21 Dekabr 2019 18:52

Deputatın ailəsi ölkəni tərk edib Londonda məskunlaşıb - SƏNƏD

Deputat Cavanşir Feyziyevin ailəsi Azərbaycanı tərk edərək Londonda məskunlaşıb.

Cavanşir Feyziyev özü də ilin çox hissəsini Londonda sahib olduğu evində keçirir...

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat paylaşıb.

Həmin məlumatda deyilir: "Buraxılmış parlamentin oliqarx deputatı, ötən 9 il ərzində yarım milyard manatlıq tenderin şübhəli qalibi olmuş "Avromed" şirkətinin faktiki sahibi, bir də üstəlik Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin ailə üzvləri Britaniyada məskunlaşıblar.

2019-cu ilin aprel ayında Londonda Feyziyevlə bağlı HQ18M01270 saylı məhkəmə işində qeyd olunur ki, şikayətçi Azərbaycan parlamentinin deputatıdır, ailə üzvləri - həyat yoldaşı və övladları Londonda yaşayırlar, iki uşağı burada məktəbə gedir, özü ilin əhəmiyyətli hissəsini Londonda sahib olduğu evində keçirir".

Oxunuş sayı 824 dəfə
Şərh vermək üçün giriş edin
Top