Cümə axşamı, 12 Dekabr 2019 08:56

İcra başçısını vuran şəxsin məhkəməsi başlayır

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevi od silahla vurmaqda təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi  üzrə məhkəmənin vaxtı məlum olub. 

Xeberinfo.de-in məlumatına görə, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun icraatında keçiriləcək. Məhkəmənin hazırlıq iclası 2020-ci il yanvar ayının 7-ə təyin edilib. 

Qeyd edək ki, 3 iyul 2018-ci il tarixdə Yunis Səfərov Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə olu silahdan atış açıb. 

Oxunuş sayı 961 dəfə
Şərh vermək üçün giriş edin
Top