Çərşənbə, 11 Dekabr 2019 22:29

Siyasi məhbus ailəsi beynəlxalq təşkilatlara müraciət ünvanladı

Siyasi məhbus Rufulla Axundzadənin ailəsi beynəlxalq təşkilatlara müracitə ünvanlayıb. Xeberinfo.de müraciəti olduğu kimi təqdim edir:

"Üç siyasi məhbusu olan, işgəncələrə mətuz qalan Axundzadə ailəsindən beynəlxalq təşkilatlara MÜRACİƏT

İnsan hüquq və azadlıqlarını müdafiə edən bütün beynəlxalq təşkilatlara səslənirik, Azərbaycan hökuməti ailəmizin üç üzvünü siyasi baxışlarına görə, saxta ittihamlarla həbs edib, Axundzadə ailəsini ağır işgəncələrə məruz qoyub. Artıq doqquz ildir ailəmizə qarşı hakimiyyətin soyqırım siyasəti davam edir. Heç bir cinayət əməli olmayan, cəmiyyət üçün faydalı fərdlər olan ailə üzvlərimiz hətta həbsxana da işgəncələrlə üzləşirlər. Biz bütün beynəlxalq təşkilatların diqqətinə çatdırırıq ki, Azərbaycanda siyasi hakimiyyət özünə müxalif olan insanları ən ağır formada cəzalandırır. İnsan hüquq və azadlıqlarını müdafiə edən təşkilatlar bu kimi halları pisləməli, Azərbaycan hökumətindən siyasi məhbusların azadlığını tələb etməlidirlər. Əks halda bu təşkilatların səmimiliyinə inanmırıq.

Axundzadə ailəsinin məhbus üzvlərini təqdim edirik:

  1. Ailənin başçısı, bir neçə ağır xəstəlikdən (Diabet, iki dəfə infarkt, yüksək təzyiq) əziyyət çəkən, 64 yaşlı Axundzadə Rufulla Höccət oğlu;
  2. Ailənin oğlu, Axundzadə Məhəmmədəli Rufullah olğu; 5 il 6 ay azadlıqdan məhrum edilib. 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
  3. Ailənin kürəkəni, Nuriyev Vüsal Məmməd oğlu;

14 il azadlıqdan məhrum edilib və 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Biz hesab edirik ki, ailəmizin hər üç üzvü heç bir cinayət əməli törətməyib, onların həbsi hakimiyyətin sifarişi əsasındadır.

Bütün beynəlxalq təşkilatlardan xahiş edirik;

- ailəmizə qarşı repressiyanı diqqətdə saxlasınlar,

- adlarını qeyd etdiyimiz siyasi məhbuslarla maraqlansınlar,

- onlara qarşı işgəncələri araşdırsınlar.

- azadlıqları üçün müvafiq addımlar atsınlar.

07.12.2019

Axundzadə ailəsi"

Oxunuş sayı 783 dəfə
Şərh vermək üçün giriş edin
Top