Müalicə üçün Bakıdan İstanbula aparılan hüquq müdafiəçisi Oqtay Güləliyevlə bağlı son xəbər açıqlanıb.
Oqtay Güləliyevin oğlu Təbriz Gülalıyev atasının son durumu ilə bağlı Türkiyə həkimlərinin rəyini açıqlayıb:
“Təəssüflər olsun... Türkiyə həkimləri atam Oqtay Gülalıyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar. Həkimlərin bildirdiyinə görə, atamın beyin hüceyrələrindən 3-ü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq...
Həmçinin, həkimlər bildiriblər ki, komadan ayılması uzun çəkə bilər. Bu müddət 6 ay, hətta 1 il belə ola bilər”.
Oqtay Güləliyev Türkiyədə - İstanbul şəhərində "Avrasiya" klinikasına yerləşdirilib.