Cümə axşamı, 07 Aprel 2016 22:00

Bakıda iki avtobus toqquşdu, ölən və yaralananlar var - FOTO

Bakının Nizami rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. 

Hadisə “Diqlas” ticarət mərkəzinin qarşısında olub. 103 saylı marşrut xətti ilə hərəkət edən avtobus piyadaları vurduqdan sonra digər, 30 saylı marşrutun avtobusuna dəyib, nəticədə yenə də sərnişinlər xəsarət alıb. Onlardan biri  -60 yaşlı qadın hadisə yerində ölüb. İki nəfər isə təcili tibbi yardım avtomobili xəstəxanaya çatdırılıb. 

Bundan başqa da, nisbətən yüngül yaralananlar olub.

***

Səhiyyə Nazirliyi bu gün Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb.

Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.

Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.

***

Musavat.com qəza zamanı dünyasını dəyişən piyadanın şəxsiyyətini dəqiqləşdirib. Məlumata görə, bu, 60 yaşlı Jitova Svetlana Yuriyevnadır. 

Oxunuş sayı 1344 dəfə
Şərh vermək üçün giriş edin
Top