Cümə axşamı, 07 Aprel 2016 22:00

Neftçala Doğum Evi, yoxsa, «sallaqxana»?

Rayon səhiyyəsi batır, yeni doğulmuş uşaqların savadsız həkimlər üzündən tələf olduğu bildirilir 

Neftçala rayonunda fəaliyyət göstərən Doğum Evindən şikayət edənlərin sayı getdikcə artır. Bu barədə JAM.AZ-a yazan rayonun Ruslan adlı sakini bildirir ki, Doğum Evi indiyə qədər çox ailəni gözü yaşlı qoyub. 

Onun sözlərinə görə, sözügedən mərkəzdə çalışan həkimlərin adı həkim olsa da, daha çox baytara oxşayırlar. «Məsələn, Neftçala Doğum Evində çalışan, özünü həkim kimi təqdim edən, əslində isə baytardan heç fərqlənməyən Sveta Cəfərova, Təranə Cəfərova, Emilya Əliyeva və digərləri ad çıxarıblar. Onların savadsızlığı üzündən xeyli uşaq tələf olub. Prosesin qarşısını almaq üçün zəruri tədbirlər görülmür». 

Ruslan yazır ki, Neftçalanın baş həkimi Telman Zahidovun isə başı pul qazanmağa qarışıb. Onun sözlərinə görə. Zahidov ondan şikayət edənlərdən qətiyyən çəkinmir. Bu adam birmənalı və açıq şəkildə bildirir ki, onun kimsədən qorxusu yoxdur və şikayətçilər istədiklərəi yerə sözlərini deyə bilərlər».

Telman Zahidovun bu açıqlamalarında ciddi səhvə yol verdiyi məqamlar da var. Məsələn, baş həkim hər yerdə deputat Arif Rəhimzadənin onun arxasında dağ kimi dayandığını deyir. «Elə bu səbəbdən də hamıya məsləhət görür ki, boş yerə enerji xərcləyib, əziyyət çəkməsinlər». 

İşin ən ilginc tərəfi odur ki, baş həkim ondan şikayət edəcək şəxsə qəribə təhdidlər edirlər. Məsələn, Telman Zahidov ondan şikayət edəcək şəxsə bildirir ki, bu hərəkətinə görə, onu vaxtaşırı narahat edəcək. Bu narahatlığın konkret olaraq nədən ibarət olduğu barədə isə heç bir bilgi verilmir. 

Oxunuş sayı 1277 dəfə
Şərh vermək üçün giriş edin
Top