Şənbə, 27 İyul 2019 18:18

Faşizmdən demokratiyaya yüksələn Almaniya

Bir neçə gün öncə Almaniyanın Münhen şəhəri ərazisində yerləşən Hitler Almaniyası dövründәki əsir toplama kampında oldum.(ölüm düşərgəsində ) Orda gördüyüm faktlar məni dəhşətə gətirdi. Öldürülən əsirlərin böyük əksəriyyəti yəhudilər və sovet ordusunun əsirləri olub. Ordakı mənzərə çox vahiməli idi, sanki öldürülənlərin ruhu gəzirdi düşərgədə.Düşərgədəki qaz kameraları , öldürülən əsirləri yandırmaq üçün istifadə olunan sobaları gördükdə Hitlerin bəşəriyyətin üz qarası olduğunun bir daha fərqinə vardım. Deyərdim ki, Çingizxandan sonra ən qəddar adam elə Adolf Hitler olub. Hər il düşərgəyə dünyanın müxtəlif ölkələrindən tarixin eyibi ilə tanış olmaq üçün xeyli turist gəlir.

Mənim diqqətimi çəkən isə almanların yeni nәsli öz keçmiş eyibləri ilə tanış etmәsidir. Bir qrup məktəbliləri Hitler Almaniyasının cinayətləri ilə tanış olmaq üçün düşərgəyə gətirmişdilər.Müəllim o qədər obyektiv danışırdı ki, heyrətə gəldim və öz-özümə dedim: İlahi bu xalq necə də ali xalqdır ki, öz eybini qәbul etmәyi bacarır. Müəllim şagirdlərə müharibəni pisləyir, sülhün bəşəriyyətə faydalarından danışırdı.

Hardan hara... Nasist Almaniyasından Demokratik Almaniyaya çevrilən Almaniya.

Hal-hazırda Almaniya Federativ Respublikası 1 milyondan çox qaçqına qucaq açıb himayə edir və əhalinin bir çoxu da qaçqınlara isti münasibət bəsləyir.Son zamanlarda sağçı qrupların çoxalmasına səbəb gələn miqrantların törətdiyi cinayətllərdir.

Zakir Ağayev, Almaniyad yaşayan siyasi mühacir

Oxunuş sayı 964 dəfə
Şərh vermək üçün giriş edin
Top