Bazar ertəsi, 15 İyul 2019 12:03

Adnan Oktarın FETÖ ilə əlaqələri ortaya çıxıb

Türkiyədə həbs olunan teoloq Adnan Oktarın qurduğu təşkilatla bağlı gedən istintaqda maraqlı faktlar üzə çıxarılıb.

Təşkilaıtn üzvü Ceyda Ertüzünün keçmiş bir nazir və bağlanan "Zaman" qəzetinin yazarına 2013-cü ilin sentyabrın 5-də atdığı elektron məktubda “Payızda Türkiyədə gözlənilən üsyandan öncə silsilə iclaslar keçirməyimizdə fayda vardır”,-deyə yazdığı aşkar edilib. Bu yazıyla Adnan Oktarın FETÖ-nün 2013-cü ilin dekabrın 17-25 dekabrında ilk çevriliş təşəbbüsünü gerçəkləşdirmək niyyətindən xəbəri olduğu bilinib.

Xəbərdə cinayət şəbəkəsinə yönəlik əməliyyat zamanı Ankaradakı bir evdə noutbuk aşkar olunduğu deyilir. “Ayşecelik” istifadəçi adı ilə işlədilən həmin portativ kompüterdə saxlanılan dosyelərin birində şübhəli şəxslərdən Fatma Ceyda Ertüzünün keçmiş xarici işlər naziri Y.Yakış və "Zaman" qəzetinin yazarı ilə yazışmaları da tapılıb. Yuxarıdakı cümləyə də həmin dosyenin incələnməsi zamanı rastlanıb.

Ceyda Ertüzün

Həmin yazışmada Ceyda Ertüzün Türkiyədə təşkil olunacaq beynəlxalq bir konfrans üçün gələn qonaqlara məlumat verilməsinin gərəkli olmasından bəhs edərək məşhur “Rza Zərrab işi”ndə adı keçən ABŞ-da FTB tərəfindən həbs olunmuş "Xalq bank"ın keçmiş vitse-prezidenti Hakan Atilla ilə bağlı keçirilən məhkəmədə eskpert olaraq təyin edilən Conatan Şanzeri Türkiyədə də görmək istədiklərini bildirir. C.Ertüzünün Y.Yakışa “Payızdakı Türkiyədə gözlənilən qiyamdan Oksfordlu rəsmilərlə telefonla görüşüb ABŞ-a bu gün cavab versək olarmı?”,- deyə yazdığı da göstərilib.

Xatırladaq ki, 2013-cü ilni 17-25 dekabrıda Türkiyə polis və prokurorluğunun FETÖ təşkilatına bağlı mənsubları tərəfindən hakim Ədalət və İnkişaf Parityasına yaxın şəxslərə, o cümlədən dövrün baş naziri, hazrıkı prezident Rəcəp Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan, habelə xüsusi xidmət orqanlarının işçiləri haqqında həbs qərarı çıxarılıb. Həmin qərar sonradan hökumətin vaxtında müdaxiləsi ilə dəyişdirilib və ilk dövlət çevrilşinin qarşısı alınıb.(Musavat.com)

Oxunuş sayı 1008 dəfə
Şərh vermək üçün giriş edin
Top