Çərşənbə axşamı, 25 İyun 2019 08:35

Siyasi mühacir Valeh Hüseynlinin atası polisə çağrıldı

Oğlunun fəaliyyətinə görə, işdən qovulacağı ilə təhdid edilib

Almaniyada yaşayann siyasi mühacir, “Son Söz“ səhifəsinin admini, Xeberinfo.de-in əməkdaşı Valeh Hüseynlinin atası Əlisalam Dadaşov Xəzər rayon II polis bölməsinə aparılıb. Səbəb kimi Valeh Hüseynlinin siyasi fəaliyyəti göstərilir. V.Hüseynli 23.06.2019-cu il tarixdə DİN naziri Vilayət Eyvazovun oğlunun videosunu yayımlayıb. https://www.facebook.com/watch/?v=443697596455187 

Özü xaricdə yaşadığına görə, videonun silinməsi, nazirdən üzr istəməsi atasından tələb edilib. Polis mayoru Arzuman İsmayılov Əlisalam Dadaşova bildirib ki, video silinməsə, təhdidlər davam edəcək və işlədiyi Binə Qəsəbə Bələdiyyəsindən qovulacaq.

Qeyd edək ki, V.Hüseynli siyasi fəaliyyətinə görə, həbs təhlkəsilə üzləşdiyi üçün 2017-ci ildə ölkəni tərk edərək, Almaniya Federativ Respublikasından siyasi sığınacaq istəyib və orada yaşayır.

Oxunuş sayı 887 dəfə
Şərh vermək üçün giriş edin
Top