Şənbə, 15 İyun 2019 13:33

“Məktəblilər üçün muzey dərslərinin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məktəblilər üçün muzey dərslərinin təşkili” layihəsi çərçivəsində ilk tədbirini 7 iyun 2019-cu il tarixində həyata keçirtmişdir. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin üzvləri sədr Jalə xanım Cəfərova, layihə eksperti Nazim Əhmədoğlu və təşkilat üzvü Nurlan Bayramov öncə İsmayıl Mürşüdov adına tam orta məktəbdə həyətində, açıq havada şagirdlərlə görüş keçirdərək, layihə barədə məlumatlar verdilər. Uşaqlara 8 iyun 2019-cu il tarixində saat 08.00 Aşağıquşçu kəndində yerləşən poçtun ətrafına toplaşmaları barədə tapşırıqlar verildi. Sonra məktəbin direktoru Abdiyev Əli çıxış edərək belə əhəmiyyətli, maraqlı layihə üçün təşkilat üzvlərinə öz təşəkkürünü bildirdi.

8 iyun 2019-cu il tarixində saat 08.00 Aşağıquşçu kəndində yerləşən hər üç məktəbin şagirdlərindən təşkil olunmuş 30 nəfər məktəblilərdən və 5 nəfər valideyin və müəllimlərdən ibarət işçi qrup, polis müşaiyyəti ilə Ağstafa şəhərinə yola düşdü.

Səfərdən əvvəl uşaqlara, layihə işi çərçivəsində hazırlanmış Şuranın və MMT ictimai birliyinin loqoları olan xüsusi geyimlər paylanıldı.

Səfər layihə işində nəzərdə tutulduğu kimi Akstafa şəhərində yerləşən muzeylərin və tarıxi məkanların ziyarəti ilə başladı. İlk olaraq ŞƏHİDLƏR XİYABANI ziyarət edildi. Şəhidlərin ruhuna dua və sayğı duruşundan sonra səfər iştirakçıları Dövlət Himnini səsləndirdilər. Layihə rəhbəri və ekspert uşaqlara Şəhidlərimizlə bağlı məlumatlar verdi. Şagirdlər vətənpərvərlik mövzusunda şerlər söylədilər və cərgə ilə bütün məzarları ziyarət etdikdən sonra, xiyabanı tərk etdilər.

Növbəti səfər ulu öndər Heydər Əliyevin heykəlinin ziyarəti və Heydər Əliyev Mərkəzi oldu. Mərkəzin direktoru Ləman xanım Cəlilova şagirdləri çox böyük sevgiylə qarşıladı. Mərkəz haqqında və burda olan eksponatların tarixi haqda geniş məlumatlar verdi. Umaqlar kino zalında Ağstafada dünyaya göz açan evin yeganə övladı Milli Qəhrəman Aqil Tatarov haqqında çəkilmiş sənədli filmə həyacanla baxdılar. Filmdən sonra uşaqların suallarına təçkilat üzvləri və muzeyin direktoru Ləman xanım Cəlilova şagirdlərin suallarını cavablandırdılar.

Sonra Ağstafa Tarix və Diyarşnaslıq muzeyinə, Ağstafa Rəsm Qaleriyasına səfər təşkil edildi. Ağstafa Tarix və Diyarşnaslıq muzeyində bələdçi Mehriban xanım, müzeyin sahəsinin çox kiçik və təmirə ehtiyacı olduğuna baxmayaraq, nümayiş etdirilən muzey eksponatları olan Qarabağ xalçaları, orta əsrə aid məişət alətləri və avadanlıqları barədə uşaqlara geniş məlumatlar verdi.Ağstafa Rəsm Qaleriyasında Gülnara xanım muzeyda nümayiş olunan rəsm əsərləri və ümumilikdə muzeyin fəaliyyəti barədə məktəblilərə geniş məlumatlar verdi.

Səfər zamanı uşaqlar üçün Ağstafa kafesində nahar və çay fasiləsi təşkil edildi.

Tədbirin işi zamanı foto-vidio çəkilişlər aparıldı.

Tədbir zamanı məktəblilərə tariximiz və mədəniyyətimizlə bağlı geniş məlumatlar verildi və onlar olduqca maraqlı bir gün keçirtdilər.

Hörmətlə,

Milli Mədəniyyətin Təbliği

İctimai Birliyini sədri

Jalə xanım Cəfərova

jale1jale2jale3

Oxunuş sayı 646 dəfə
Şərh vermək üçün giriş edin
Top