Bazar, 21 Aprel 2019 00:31

"Mənə qarşı tətbiq edilən zorakılığın başında nazir Sahil Babayev durur"

Əmək və Əhalinin Sosial Təminat Nazirliyinə şıkayətə gedən ictimai fəal Cəmil Hacıyev nazirlikdə polis zorakılığı ilə qarşılaşıb.O, bir neçə gün əvvəl polisdə olub, məsələ ilə əlaqədar izahatı alınıb. İnsidentlə əlaqədar o, özü saytımıza məlumat vermişdir.

2017-ci ildən özünü məşğulluq proqramına yazılmışam. 2018-ci ildə kürs başlayanda Binəqədi rayon MKT-ında zibil daşıyan fəhlə vəzifəsinə götürülmüşdüm maaşımdanda inzibatı qaydada edildiyim cərimələri ödəniləcəkdi. Binəqədi ƏƏSTİ-indən bildirdilər ki, işdən azad olmasam kursda iştirakım qeyri münkündür. Mən təlimati və "Özünə məşğulluq" proqramının şərtlərini tələb etsəmdə bunu Binəqədi ƏƏSTİ mənə təqdim etmədi. Mən internet vasitəsi ilə təlimatı tapıb oxudum.Çox əhatəli bir şey deyildi və suallar yaranırdı ki, az təminatlı və ya minimum istehlak səbətindən az maaş alanlara niyə qoşulmağa şərait yaradılmır. Mən işdən çıxıb proqrama qatılmışdım və kursu bitirib aprel ayında imtahanı verib avadanlığımı gözləməyə başladım. Bizim qrupdan sonra daha 4 qrup gəldi və avadanlıqlarında aldılar. Amma məni 1 ildir süründürüllər və yalan vədlər verillər. Həm Binəqədi ƏƏSTİ həmdə ƏƏSTN-də dəfələrlə olmuşam.Amma məni aldadıblar.Dəfələrlə polisi üstümə qaldırıb məni orada döyüblər. Mən bildirdilər ki, ƏƏSTN-nin daxili qaydalarına görə məşgulluq məsəlləri sektorunun müdrünün qəbulunadan sonra nazir müavini və daha sonra nazirlə görüşə bilərsən.Aprelin əvvəlində məşgulluq məsəlləri sektorunun müdrünün qəbuluna gəldim. Məşgulluq məsəlləri sektorunun müdrünün müavi qəbul elədi. Söz verib and içdi ki, aprelin 15-də avadanlığını alacaqsan. Aprel ayının 15 keçdi heç kim zəng eləmədi. Aprel ayının 18-də saat 16-30 radələrində qəbul şöbəsinə gəldim və nazir müavinin qəbuluna yazılmaq istədim.Məni orada Həsən Surxaylı qarşıladı məsələni ona bildirdim xeyli vaxtımı tutandan sonra dedi ki, nazir müavinin qəbuluna başa adam yazır. Başqa dediyi adamada yaxınlaşdım. O, da bildirdi ki, bir başqa adam yazır. Artıq hiss edirdim ki, məni dolayırlar və qəbula yazmaq istəmirlər.Ludmila xanım qəbula yazan şəxs olduğunu və qəbul şobəsinin aparıçı işçisi və baş mütəxəssisi olduğunu bildirdi. Amma mən qəbulda gözlədiyim halda o kimləsədə telefonda şəxsi söhbətlər edib, zarafatlaşa-zarafatlaşa gülürdü. Mən səbirlə ona baxırdım ki, bəlkə başa düşə ki, qəbulda adam gözləyir. Amma o öz işində idi. Yəgin yeni nazir Sahil Babayev belə təlimat verib ki, vətəndaş gələndə rədd eliyin və öz işinizlə məşğul olun. Mən onu iltizama dəvət edərək prezidentin “Dövlət qulluqçularının vətəndaşlarla nəzakətlə davranmaları haqqında” sərancamını xatırlatdım, amma Ludmila xanım dahada aqressiv davranmağa başladı. O məni nazir müavinin qəbuluna yazmadı, bundan başqa polisləri cağırıb mənə qarşı zor tətbiq etməyə, zorla məni qəbul otağından çıxarmağı bildirdi. Mən polislərə bildirdim ki, mən qəbula gəlmişəm və növbəti qəbul günü üçün məni qeydiyyata almalıdırlar. Onlar Ludmila xanımın göstərişi əsasında mənə zor tətbiq etdilər. Döyə-döyə məni qapıdan sölə şıxartdılar.Nəticədə üst başımı cırıq-cırıq etdilər. Bu azmış kimi əlavə polis qüvvələrdə ora çağırdılar. Mən DİN-nin 102 xidmətinə şikayət etsəmdə 102 xidməti mənim polisə qarşı olan şikayətlərimi qəbul etmədi. Ərazi üzrə Yasamal rayonu 27-ci polis bölməsinə şikayət etmişəm. Amma, ümüdüm yoxdur ki, nə vəzifə səlahiyyətlərini aşan Ludmila xanıma nədə mənə qarşı fiziki zor tətbiq edən polisə qarşı hər hansı iltizam tədbiri görsünlər hərçəndiki, hər ikisinin əməlində vəzifə səlahiyyətlərini aşma və səhlənkarlıq etmə hallarına görə cinayət tərkibi vardır.

Dünən axşam saatlarında polisdən qurtarısamda zərbələrdən aldığım ağrılardan güclə evə gəlmişəm. Mən bu məsələni belə qoymayacam bütün organlara və məhəməyə müraciət edəcəm” deyə Cəmil Hacıyev bildirib.

Oxunuş sayı 1167 dəfə
Şərh vermək üçün giriş edin
Top