Çərşənbə axşamı, 05 Aprel 2016 22:00

Rəsul Quliyev qondarma DQR-nı tanıyır - FOTOFAKT

 Azərbaycan Parlamentinin keçmiş spikeri qondarma Dağlıq Qarabağ Respublikasını təsdiqlədi Hazırda ABŞ-da siyasi mühacir olan Rəsul Quliyev yazdığı son statusunda erməni sevgisini gizlədə bilməyib. Ən dəhşətlisi odur ki, Azərbaycanın sərvəti ilə özünə milyonlar yığan keçmiş spiker ermənilərin vəhşiliklə işğal etdiyi Qarabağımızda qurduqları, qondarma Dağlıq Qarabağı ayrıca ölkə kimi təqdim edir. Xalqın çörəyini yeyib, özünə qənim kəsilən Rəsul Quliyevin sonuncu statusunu olduğu kimi təqdim edirik: “Ən son məlumata görə bu müharibədə Azərbaycan(MN-liyinin informasiyasına əsasən) 31,DQ isə 29 insan itirib (DQ hərbiçilərinin informasiyasına görə) DQ Azərbaycanın onların 14 və DQ-ın Azərbaycanın 24 tankını vurduğunu elan edir, ancaq Azərbaycan bunu yalan informasiya sayır və tank yox 2 vertalyot yox bir vertalyotunun vurulduğunu elan edir. Bu informasiyalar Rusların son informasiyalarıdır”. Statusun altındakı şərhlərdə “DQ deyərkən nəyi nəzərdə tutursunuz” sualına Rəsul Quliyev belə cavab verib: “DQ Dağlıq Qarabağ deməkdir, Azərbaycanın atəşkəsi razılaşdırdığı qurum, bəlkə o torpaqların adı DQ deyildir, dəyişilib mən bilmirəm”.

 

Oxunuş sayı 1601 dəfə
Şərh vermək üçün giriş edin
Top