Çərşənbə axşamı, 05 Aprel 2016 22:00

İnterpress.az-a haker hücumu davam edir

İnterpress.az-a haker hücumu davam edir. Bu barədə Xeber.İnfo-a İnterpress.az-dan məlumat daxil olub. Artıq bir həfətəyə yaxındır ki, oxucular saytda yaranan problemlərlə bağlı müraciət edirlər. Bunun səbəbi isə sayta olan haker hücumlardır. Müəyyən ardıcıllıqla İnterpress.az-a haker hücumları olur. Bir neçə gün bundan əvvəl baş verən hücumların qarşısı alınsa da, bu günki hücum əvvəlkilərdən daha intensiv və güclü olduğundan İnterpress.az-ın fəaliyyətində problemlər yaranıb.

Xeber.İnfo

Oxunuş sayı 1511 dəfə
Şərh vermək üçün giriş edin
Top