Çərşənbə axşamı, 05 Aprel 2016 22:00

Şəhidlər Xiyabanında izdiham - FOTO+VİDEO

“Vur, qır səngəri, Azərbaycan əsgəri”- Şəhidlər Xiyabanında izdiham 

Şəhidlər Xiyabanında düşmənlə döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsini yad etmək üçün anım yürüşü keçirilib.

Anım yürüşündə müxtəlif təşkilatların üzvləri, tələbələr iştirak edib.

Şəhidlər Xiyabanına toplaşan minlərlə insan ilk olaraq şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

"Vur, qır səngəri, Azərbaycan əsgəri" şüarları səsləndirən gənclər şəhidlərin məzarını ziyarət etdikdən sonra Azərbaycan Respublikasının dövlət himnini, daha sonra isə “Əsgər marşı”nı oxuyublar.

Oxunuş sayı 1439 dəfə
Şərh vermək üçün giriş edin
Top