Çərşənbə axşamı, 05 Fevral 2019 23:28

Nə qədər miskin... - AYDIN CANIYEV yazır

II YAZI

Nə qədər miskin...

Çox vacib və taleyüklü söhbətlərdə, görüşlərdəydim. Gün üzünü yollarda olmuşam. Son bir neçə saatda dostlar məni əhatəyə alıb, xüsusi şəkildə və israrla təhqirlərə, təhdidlərə cavab verməməyi xahiş ediblər. Amma və lakin...

HAŞİYƏ: Moskvada bir dostla qəzet buraxırdım. Qəzetin yiyəsi qardaşından material gözləyirdi Bakıdan. Qardaş da hər gün yubadırdı materialları. Axırda böyük qardaş dözmədi, zəng elədi:
- "Aydın", atanı da söyə bilmirəm, ananı da, atan atamdı, anan anamdı. Amma belə eləmə!!!
İndi mənim əzizlərim, Spriş, yəni Ağsaqqal dediyim Mehdibəy Səfərovu da, ona züy tutanları da söyə bilmədim. Atalarını atam bilirəm, analarını anam, bacılarını bacım, qızlarını qızlarım, xanımlarını namusum! Fəqət "uf" demədən söyərdim... hər bir böhtanlarına görə!
Söymədim! Söyə bilmədim! Hətta nəslimdəki bütün qadınları zorlasalar belə, özümü paza keçirsələr belə, mənim söydüyümün təkzibi olmazdı!
Qəmlo demişkən, ... nə gülləyə gəlirlər!
Amma mən Elçibəydən, İsa Qəmbərdən, Əli Kərimlidən üstlərində ittiham saxlamamağı tələb edən biri, "Lerik Azərbaycanını paytaxtıdır", "Həziquliyevin həftəbecəri", "Xan Lənkəran, xanım Lənkəran", "Kişiliyin elmə dəxli yoxdur" yazılarının müəllifi olaraq, edə bilməzdim ki, nəsə yazmayım! Odur ki, mənə həm öz yazımın altında, həm Mehdibəy Səfərovun cavabının altında şərh yazıb böhtan atanların tumuna deyirəm, başda Mehdibəy Səfərov olmaqla:
- mənim doğulduğu kəndi boyda qalıb nə ağılca, nə mübarizəcə, nə elmi cəhətdən heç böyüməyən əziz talışlarım, əgər mən sizin dediyiniz kimi, bir qarın çörəyə, bir içimlik arağa, kiminsə hansısa sifarişinə - pullu və ya pulsuz, "Mehdibəy Səfərov, zənci olma" yazısını, ümumiyyətlə isə, jurnalistlik fəaliyyətimdə hər hansı yazını sifarişlə və pulla yazmışamsa, talışın marağını kiməsə, nəyə görəsə aşağılamışamsa, satmışamsa kiməsə, mənim şərəfim, ləyaqətim, hər şeyim Yer üzündəki cəmi, - hər talış xanımı 18 uşaq doğsa belə, sayı 1 milyona çatacaq, - Talışların ayaqaltısı olsun, yox, belə deyilsə, mənə böhtan atanların namusu, şərəfi, ləyaqəti Türklərin ayaqaltısı olsun!
NOTA-BENA: Nəzərə alın ki, Türklərin yer üzündə sayı 350 milyondur!
30 illik jurnalistliyimdə mən pulla yazı yazmadım - yadınızda saxlayın! Yazdım... adamlar, oxucular, tanımadıqlarım mükafatlandırdılar yazılarımı - pulla, hədiyyə ilə! Bəli, mən dostlarımın xahişini eşitdim: biri dədəsindən, biri anasından, biri bacısını işə götürəndən, biri uşağını cərrahi əməliyyat edəndən, biri atasına sayğı göstərəndən, biri qızının müəllimindən istədi yazım, xahiş etdi, "yox" demədim. Yazdım. Təmənnasız olaraq! Özümü böyük aparmadım, imicimi düşünmədim! Bu tip yazıların mükafatı qonorardan artıq olmadı! Amma mən tərəf olmadım! Amma mən qrup və partiya marağından yazmadım. Amma mən siyasi oyunlarda oyunçu olmadım!
Bəli, mən hətta yazı yazmaq üçün gəlib getməyə yolpulu və siqaret pulu olaraq 2 (İKİ) manat aldım - bunu İlham Əliyevin o birilərinə verdiyi 2 milyon manatdan artıq saydım - çünki mən dostlarıma, ölkəmə faydalı olanı yazdım!
Bir dənə gündəyməzini tərpədə bilməyən Lerikin icra başçısı Rövşən Bağırova, Masallının general icra başçısına, Lənkəranın qatil olan rəhbərinə, Astaranın "ağa nəzərəm, belə gəzərəm" deyən qubernatoruna "kıqq" edə bilməyənlər (halbuki mən hamısından yazmışam) mənim üçün qəhrəmanlıq edir.
Ay bədbəxt, İsgəndər Həmidova bu gün bu hakimiyyətdə ən yüksək vəzifədə olan ən azı 7 general minnətdarlıq edir, Ukraynada 12 general ona təzim edir, Rusiyadan yüzlərlə polkovnik, onlarca general salam göndərir, sən haçan ağzının danışığını biləcəksən? Axı İsgəndər Həmidova düşmən olduğunu bəyan etməklə neyləmək istəyirsən? Tutdurmaqmı? Ay sənin məntiqinə peşova gedim, həmin o İsgəndər Həmidov deyildimi sənin özünə prezident seçdiyin Əlikram Hümmətzodəni Qobustanda xoruz kimi banladıb taburetka üstündə ona Azərbaycan himnini oxutduran? Türmədə belə İsgəndər Həmidov sənin "prezident"inə Azərbaycan himni oxutdurub e!
Dalını dağıtsaydılar da, gərək oxumazdı da! Niyə oxudu sənin "milli özünüifadə" rəmzin?
Hansı türk oxudu erməni qabağında erməni himnini? Hansı əsir düşən türk dedi "Qarabağ ermənindi"?
Bir şillə dəyməmiş belə, "prezident"in himn oxudu e!
BƏSDİ DƏ!
Yazımda hansı faktı təkzib edə bilirsən?
Araq içirəm, alkaşam? Ay mən deyənlər, hansı biriniz mənim yeyib-içmək hesabımı veribsiniz? 7 rayondan 7 kişi tapın ki, onun məclisində oturub içmiş olum, 7 rayondan 7 kişi tapın ki, ondan yardım istəmiş olum, ölkənin 77 rayonundan 7 türk tapın ki, mən ondan asılı olum!
Mənim öz istedadımla, savadımla, ləyaqətimlə 30 yaşınacan qazandığım 7 min oxucu var - biznesmen də, nazir də, rəis də, hakim də, sədr də, prokuror da daxil. Amma onların heç biri haqqında yazmamışam. Nə də dediklərini! 1997-ci ildən bu dövlətin kassasından maaş almıram!
Abrınız, həyanız olsun!
Elçibəydən yazıram, Fazil Qəzənfəroğlu separatçı deyir. İqbal Məmmədovdan yazıram, Mehdibəy Səfərov satılmış deyir!
İnsan olmaq sizlik deyil, adam olmaq da həmçinin, heç olmasa, məxluq olun! Kişi olmağa da cəhd edə bilərsiniz!

Niyə məcbur edirsiniz ki, deyim: sifarişlə, pulla yazanın da, sifariş, pul verənin də anasını, böhtan atanın da anasını...
İsgəndər Həmidov, Pənah Hüseyn, İsa Qəmbər nə hərləyir Aydın Canıyevi? Onların uğrunda gülləyə, türməyə gedən yoxdumu?

Türk millət olaraq sizi əzmək istədi, əzə bilmədi, acından günorta duran Aydın Canıyevi göndərdi üstünüzə? Nə qədər miskinsiniz???
Mən elə bilirdim, "tolışi rusinfik"lərdən bir vaqon çıxacaq, məntiqlə, faktla məni susduracaq! Bir dəstə parabeyin çıxıb söyüş söyür - söyüşünüzü öpüm elə!
Bu sətirləri yazmaqda nə qədər haqlı olduğumu ikicə abzasla təsdiqləyirəm: Mehdibəy Səfərov və havadaları qədər həyasız yer üzündə heç Afrikanın mambo-mambo qəbiləsində tapılmaz!
İxtiyarınıza verirəm hər ikicəsinin yazdığını...

Bu... Mehdibəy SəfərovunQurban Məmmədovun paylaşdığı yazıma şərhi (day onu demirəm ki, İlham Əliyevə, dədəsiylə birgə talışı da, türkü də, ləzgini də, bütövlükdə ölkəni və onun ziyalılarını ağlar qoyan hakimiyyətə qarşı etiraz səsini ucaldana qarşı dəstəyimə olan yazıya)

Mehdibəy Səfərov Aydın Canıyev nə əcəb ondan yazmadı; tutaq ki, 1992-ci ildə törətdiyi "Subtropik əməliyyatı" kimi, idbar, diskriminasiya aktını hələlik qoyduq, bir kənara!.. Bəs, bu 27 il ərzində talışların kobudcasına pozulmuş milliözünüifadə haqqları barədə lal olub, bir kəlmə də olsun, dilinə gətirmədiyi halda, nə əsasla təşkil etmək istədiyi monomilli xalq hərəkatının təsis konfransında ilk həmləsində milli zəmində nifaq salmaq məqsədi ilə, dərhal talışların adına eləmədikləri əməllər barədə yalançı, böhtan xarakterli şayələr yaydı...
Bunlar heç anlaşılmadı, Qurban bəy.
6
Скрыть или пожаловаться на это
ВозмутительноЕщё реакции
· Ответить · 1 нед. · Отредактировано

Bu da öz səhifəsində mənə yazdığı cavabda izahatı:

“Dumanlı Albion”dan özünü Azərbaycan ictimai fikir establişmentinə yeni siyasi qüvvə kimi təqdim etmək istəyən Qurban Məmmədovun keçmiş AR DİN İsgəndər Həmidovun təbliği ilə bağlı, jurnalist Aydın Caniyevin yazdığı statusu paylaşarkən, həmin statusa: - “İsgəndərdən Azərbaycan Xalq Hərəkatına rəhbər çıxmaz! Çünki o, ümumazərbaycan cəmiyyətinin əhəmiyyətli təbəqəsinin inam, ümid və etibarını çoxdan itirmişdir. İsgəndərin törətdiyi “Subtropik əməliyyatı” kimi, regional quldur-soyğunçu əməlini, qətlə yetirdiyi körpə fidanın müsibətini, eləcə də indiyə kimi, buna görə üzrxahlıq etməməsini qoyaq, bir kənara! Axı, 27 ildir ki, həm iqtidarı, həm də müxalifəti tərəfindən ölkənin yerli-avtoxton xalqlarından biri olan, talışların AR Konstitusiyasında təsbit edilmiş milliözünüifadə kimi, fundamental hüquq və azadlıqları nəinki tanınır! Əksinə, özlərini ləyaqətlə, qürurla ifadə etmələrinə maneə olaraq, Dövlətin bu istiqamətdə bütün resurs, təsisat və institutları talış əsilli AR vətəndaşlarının üzünə qapanmışdır! Hətta, ölkədə “Talış” adı belə, yasaq edilmişdir! Aydın Canıyev nə əcəb ondan soruşmadı; həmin İsgəndər uzun illərdən bəri talışların pozulmuş İlahi, konstitusiyon hüquqlarının müdafiəsinə yönəlik bir kəlmə də olsun, dilinə söz gətirməmişdir? İndi nə oldu, birdən-birə, bu adam dilə gəlib, yaratdığı “Xalq Hərəkatı”nın ilk yığıncağında çıxış edərək, ilk həmləsindəcə, xislətü-təbiətinə uğun, Talış xalqının ünvanına böhtan xarakterli çərənləmələr edir?..” – məzmunda rəylərimi yazmışdım.

YALANIN VƏ HƏYASIZLIĞIN DƏRƏCƏSİNƏ ŞAHİDSİNİZMİ??? İttihamın tonunun dəyişdirilməsini fərq edirsinizmi? Tərəfdar toplamağın kimə aid olduğunu sezirsinizmi?

Bu mənim Fuad Jaliloffun şərhinə yazdığım:

Aydın Canıyev əzizim Fuad Jaliloff, mən Mehdibəy Səfərovu dövləti və ya hər hansı xəyanətdə harda ittiham eləmişəm? )))) İkincisi, əmin ol ki, səni onun vəkili saymaq ağlımdan keçmir: çünki Mehdibəy bütün talış xalqına vəkillik edir və deyəsən də buna gücü çatır! ))) 3-cüsü, özü İstanbuldadı, vaxt tapıb oxuyan kimi, "cavabımı" verəcək! 4-cüsü, Spriş, yəni Ağsaqqal dediyim Mehdibey kişiyə ittihamlarım, gileylərim tam aydın yazılıb adım kimi, şahid üçün də İsfahana getməmişəm, hamısını da tag eləmişəm, 5-cisi, bu yazı mənim Sevinc Osmanqızına master-klassıma Mehdibey kişinin aqressiv münasibətinə görə oldu. Qurban Məmmədovun səhifəsində paylaşdığı yazıda rəyinə cavab yazdım, fikirləşdim ki, bitdi, amma daha da dərin getməkdən geri qalmadı, başqa məqamı gözləmədi, elə inada düşüb. Mənim yazım İsgəndər Həmidovun müdafiəsinə həsr olunmayıb - İsgəndər Həmidov ölkə qoruyan adamlardandır, kimin nə deməsindən asılı olmayaraq, əksinə, jurnalistin peşə etikasına və prinsiplərinə əməl etməməsini anlatmağa yönəlib. İzah etmədimsə belə deyim: təsəvvür elə ki, mənim toyumda qaynım girir toyxanaya, dava salır, özü də qardaşımla ki, sən niyə mənimlə oynamırsan! ))) p.s. İsgəndər bəy haqqında kobud ifadələri redaktə elə! Ki, "dalaşmayaq" )))))) p.p.s. sənin narazı qaldığın tarixçilərdən bütün Türk xalqı da narazıdır! ))))) anlaşdıqmı? )))) p.p.p.s. o ki qaldı Konstitusiya hüquqlarına, allah sənə insaf versin, ölkə tapdanır e! Arxayın ol, Türkün heç vaxt Talışı silmək, əzmək fikri olmayıb - əgər istəsəydi, atlarının ayaqları altında tapdalayardı Mərvdən Mosulacan, şərqdən qərbəcən ayaqlarını dənizlərdə yuyanda. Rus, fars xüsusi xidmət orqanlarının çeynəməyə ağzımıza atdığını biz də qəbul etməyək!
22
Редактировать или удалить это
НравитсяЕщё реакции
· Ответить · 2 дн. · Отредактировано

Bu da Fuad JalilovunMehdibəy Səfərovun mənə cavabda yazdığı şərh:

Fuad Jaliloff Mehdibəy Səfərov müəllim, gərək Aydın Caniyevi də tağ edəydin. Əgər Aydın dediyi kimi hardasa kommentə görə səndən inciliyi var idisə bunu şəxsi də müzakirə edə biləydi. Mən onun statusunda komment yazdım. İsgəndər kimi siyasi artisti mədh edən adam mənim üçün maraqlı olmadığından onun qələminin iti yoxe lap super iti olması daha elə də əhəmiyyətli deyil.
Adam mənə inboksda sənə ağsaqqılımızdı deyir. Ağsaqqalını İsgəndər kimi siyası bambılıya görə qarakayan adam ciddi deyil məncə
8
Скрыть или пожаловаться на это
НравитсяЕщё реакции
· Ответить · 6 ч.

SÖZARDI: Mən Mehdibəy Səfərova BÜTÜN TALIŞLAR özündən yaşlılara, hörmət bəslədiyi kişilərə "Spriş", yəni Ağsaqqal dediyi kimi, münasibətimi AÇIQCA bildirmişəm - ŞƏRHDƏ. (təkcə) inbox-da yox! Amma bu cavan idmançı oğlan, muskul "kaçat"layan gənc... özünə rəva görür ki, məni ikiüzlü kimi aşağılasın! Demirəm ayıb olsun, deyirəm, özünüzün mənə yazdığınıza və mənim sizə yazdığıma baxın!
Yazdıqlarını unudan, yazdıqlarımı anlamayan adamlarla neyləyəsiyəm ki?
p.s. yazımdan öz bəsit təfəkkürləri ilə nəticə çıxaranlar getsin qanqal otlasın. onlara baş qoşası halım yoxdur! Mənasız adamların mənasız ittihamlarına cavab vermək həvəsim də eləcə!

 

Oxunuş sayı 700 dəfə
Şərh vermək üçün giriş edin
Top