Cümə, 01 Fevral 2019 00:01

Bakıda "Mercedes" "Azərsu"nun qazdığı quyuya düşdü - VİDEO

Bakıda daha bir avtomobil təmir üçün qazılan çuxura düşüb. Hadisə Babək prospektində baş verib.

Saat 00:30 radələrində Babək prospektində "Mercedes" markalı 99 CA 956 dövlət nömrə nişanlı avtomobil çuxura düşüb.

Hadisənin hansı şəraitdə baş verdiyi barədə dəqiq məlumat yoxdur. Hadisə şahidləri deyir ki, qazılan çuxur ətrafında təhlükəsizlik tədbirləri görülmədiyi üçün sürücü yolun qazılan hissəsini görməyib.

Hadisə yerindən çəkilmiş foto və video görüntüləri təqdim edirik.

Xatırladaq ki, bir müddət əvvəl də yaxınlıqda belə bir qəza baş vermişdi.(musavat.com)

Oxunuş sayı 770 dəfə
Şərh vermək üçün giriş edin
Top