Çərşənbə axşamı, 05 Aprel 2016 22:00

Akif Çovdarova 5 milyon dollar vermiş gömrük generalı kimdir?

Pulu alınan DGK rəsmisinin sonradan MTN polkovniknin kurasiyasına veriblər 
Ləğv olunmuş MTN-in generalları ilə bağlı aparılan araşdırmaların bir ucu da Dövdət Gömrük Komitəsinə (DGK) qədər uzanıb. Bir müddət əvvəl istintaq orqanları bir sıra məqamları üzə çıxarsa da, Akif Çovdarovla bağlı hissələrdə kifayət qədər maraqlı məqamları aşkarlayıblar. 
Həmin məlumatlara görə, keçmiş MTN generalı Akif Çovdarov DGK-nin yüksək çinli zabitlərindən də haqq alaraq, onlara toxunmayıbmış. Belə ki, həmin sırada tanınmış gömrük generallarından biri də var. Mənbə həmin generalın adını bizə açıqlasa da, hələlik onun hallanmasına zərurət bilmirik. Amma mənbələr vurğulayıblar ki, Akif Çovdarov sözügedən generalı uzunmüddət müşahidə etdikdən sonra yaxalaya bilib. Və ondan 5 milyon dollar pul alıb. 
Daha sonra gömrük generalının kurasiyası bir müddət əvvəl həbsxanada özünü asaraq, öldürmüş MTN polkovniki İlqar Əliyevə verilib. İlqar Əliyev isə özünə yaxın mətbuat orqanlarında həmin generalla bağlı yazıların yayımlanmasının qarşısını tam alıb. 
Bundan başqa, onun haqqında məlumat yayan mənbələrin dəqiqləşdirilməsi prosesi də reallaşdırılıb. Onlar dəqiqləşdirildikdən sonra haqlarında tədbirlər görülürmüş. 
Həmin generalın Akif Çovdarovun «tələsi»nə düşməsinin kifayət qədər maraqlı tərəfləri olub. Həmin sırada gizli çəkiliş və dinləmə məsələsi də varmış. 
Mövzu ilə bağlı araşdırmamız davam edəcək. Yaxın günlərdə geniş məlumatlar veriləcək.(jam.az) 

 

 
Oxunuş sayı 1462 dəfə
Şərh vermək üçün giriş edin
Top