Çərşənbə axşamı, 05 Aprel 2016 22:00

Su-22 tipli qırıcı vuruldu - pilot sağdı

Suriya rejiminə aid bir qırıcı təyyarə Hələbdə müxaliflər tərəfindən vurulub.
 Musavat.com xəbər verir ki, bu barədə məlumat Suriyanın rəsmi xəbər agentliyinə yer alıb.
 Məlumata görə, təyyarənin pilotu müxaliflər tərəfindən girov götürülüb.
 Xəbər verilir ki, pilot özünü təyyarədən paraşütlə ataraq, həyatda qalmağa nail olub.
 Ordudan verilən məlumata görə, təyyarə Su-22 tipli qırıcı olub.
Oxunuş sayı 1338 dəfə
Şərh vermək üçün giriş edin
Top