Çərşənbə, 02 Yanvar 2019 22:52

Nəsimidə bayram günləri ağaclar qırıldı - “Yaşam residence” tikintiyə başladı

Bayram günləri Nəsimi rayonunda yaşıllıqlar qırılıb
 
Bakının Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında "Yaşam Residence"  tərəfindən inşaa edilən hündürmərtəbəli binanın ərazisində yerləşən ağaclar qırılaraq məhv edilib. 
 
Bu barədə Unikal.org məlumat yayıb. 
 
Qəzet yazır ki, Asif Əsgərov Bakının Nəsimi rayonuna icra başçısı təyin olunandan yaşıllıqların qırılması kütləviləşib və intensivləşib. İcra başçısı şəhərin mərkəzində yaşıllıqları tikinti şirkətlərinə qurban edir.
2018-ci ilin dekabr ayından sözügedən ərazidə "Yaşam residence” MTK tərəfindən şam ağacları məhv edilib, yerində bina tikintisinə başlanılıb. 
 
Maraqlısı ondadır ki, bu dəfə də ağaclar bayram günləri qırılaraq daşınıb. Bir sözlə, "Yaşam residence” MTK ərazini hasarlayıb, zeytun ağacı məhv edib, yerində tikinti aparır. 
Nəsimi rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bayram günləri olduğu üçün açıqlama verə bilməyəcəklərini deyiblər. 
 
Həmin ərazidən görüntüləri sizlərə təqdim edirik: 

Oxunuş sayı 909 dəfə
Şərh vermək üçün giriş edin
Top