Bazar ertəsi, 04 Aprel 2016 22:00

Ağcabədidə vəzifə davası

Şahin Məmmədov müavini Nayibə Mustafayevanı rayon Təhsil Şöbəsinə müdir təyin etdirmək istəyir 

Ağcabədidə Təhsil Şöbəsinin müdiri postu uğrunda savaş başlayıb. Savaşa səbəb olan şəxs isə elə rayonun icra başçısı Şahin Məmmədovdur. Bu barədə JAM.AZ-a rayon İcra Hakimiyyətindəki mənbələrdən məlumat daxil olub. 
Məlumatda deyilir ki, Şahin Məmmədov özünün birinci müavini, biologiya müəllimliyindən bu posta gətirilən Nayibə Mustafayevanı Təhsil Şöbəsinə müdir təyin etdirmək istəyir. Hazırda bu vəzifədə əyləşən Mehdi Əhmədovun müəllim kimi, Ağcabədidə böyük nüfuzu olsa da, pensiya yaşının çatması səbəbindən işdən çıxarılacağı istisna edilmir. Hətta icra başçısı əksər toplantı və məclislərdə də açıq şəkildə bəyan edir ki, Mehdi Əhmədovun getmək vaxtı çatıb. 
İcra başçısının istəyindən asılı olmayaraq, Təhsil Nazirliyi sözügedən şəxsin daha bir neçə il postunda qalmasına etiraz etmir. Qeyd edilir ki, Mehdi Əhmədovun yaxşı müəllim olması nazirlikdə də onunla bağlı müsbət fikrin yaranmasına səbəb olub. Bu isə Şahin Məmmədovun Nayibə Mustafayeva planını pozduğundan müəyyən addımlar atmaq istəyir. 
Gələn son xəbərlərə görə, Nayibə Mustafayeva artıq bəzi məktəb direktorları ilə gizli danışağa gedərək, onlar vasitəsi ilə hazırkı Təhsil Şöbəsinin müdiri haqqında kompromat materiallar toplayır. Şöbə müdirliyini ələ keçirmək üçün ciddi cəhdlə hazırlaşan icra başçısının müavini artıq əlindəki bəzi faktları mətbuata ötürməyi düşünür. 
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 
Oxunuş sayı 1387 dəfə
Şərh vermək üçün giriş edin
Top