Cümə, 12 Oktyabr 2018 18:39

"*9933" taksi xidmətindən şikayət: "Dözülməz şərait var, işçiləri aşağılayırlar" - VİDEO

Son vaxtlar sosial şəbəkələrdə taksi xidmətlərinin istifadəçiləri əsasən operatorların qeyri-peşəkar və məsuliyyətsizliyindən şikayətlənir. Sosial şəbəkələr və media üzərində aparılan araşdırmalar göstərir ki, demək olar, eyni problem bütün taksi xidmətləri ilə bağlıdır. Bir sözlə, "198", "*9911", "8111", "8555" və digər xidmətlər də eyni problemi yaşayır. Şikayət olunan taksi xidmətlərindən biri də "*9933" taksi xidməti ilə bağlıdır. Şikayətçilər yazır: ""*9933" xidməti digər xidmətlərdən ucuz və operativ olsa da, burada şikayət əsasən, daxili idarəetmə ilə bağlıdır. Belə ki, bu xidmətdə çalışan və uzaqlaşdırılan istifadəçilər əsasən buradakı "Gestapo" rejimindən narazıdırlar".

Xeber.info-nun elektron ünvanına daxil olan şikayətdə göstərilir ki, bu xidmətin Tibilisi prospektində yerləşən ofisində dözülməz şərait hökm sürür: "Belə ki, burada çalışan 70-ə qədər işçinin hüququ kobud şəkildə pozulur. "Əməkdaşların çoxu ilə rəsmi müqavilə bağlanmır. Ofis isə həddindən artıq qapalı bir məkandır. Burada pəncərə və havalandırma sistemi yoxdur. Mətbəx ümumiyyətlə yoxdur, işçilər yeməklərini oturduqları iş stolunda yeyirlər. Tam bir dözülməz şərait var və hər gün bir neçə əməkdaşın halı pisləşir. Etiraz edənlər isə kobud sözlərlə qarşılaşır, bəzən hətta hədələnərək işdən qovulur. Bu xidmətin deputat Aydın Mirzəzadəyə də yaxın şəxslərin olduğu iddia olunur", - şikayətdə deyilir. Məlumatda deyilir ki, etiraz edən bir neçə xanım əməkdaş işdən qovulub: "Onları qovdular ki, gedin hara deyirsinizsə, etiraz edin. Sonra müqavilənin olmaması və kobud davranışın olduğunu düşünərək, geri qaytardılar". Problemlə bağlı "*9933" taksi xidməti ilə əlaqə saxlaya bilmədik. Şikayətçilər ofisin ağır şəraitinin əks etdirən videogörüntünü də xeberinfo.de-nun elektron poçtuna göndəriblər. Həmin görüntüləri təqdim edirik:

Oxunuş sayı 861 dəfə
Şərh vermək üçün giriş edin
Top