Çərşənbə, 18 İyul 2018 22:00

Milyonları talayan məmurlar azadlıqda – “Rabitə işi”

Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Göyçay Telekommunikasiya Qovşağının müdiri İslam Əliyev və baş mühasibi Soltanəli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Onlara şərti cəza təyin edilib.

Oxunuş sayı 1162 dəfə
Şərh vermək üçün giriş edin
Top