Bazar ertəsi, 02 İyul 2018 22:00

Azərbaycan işıq problemini həll etməyə çalışır - Qonşu ölkələrə müraciət

"Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev qəza nəticəsində bütün ölkədə işıqların sönməsi ilə əlaqədar qurumun dispetçer mərkəzinə gəlib.
 
Hazırda onun rəhbərliyi altında güclərin ötürülməsi prosesi həyata keçirilir.
 
Bildirilir ki, "Azərenerji" ASC hazırda Gürcüstan və ya Rusiyadan enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsinə çalışır.
Oxunuş sayı 1322 dəfə
Şərh vermək üçün giriş edin
Top