Çərşənbə, 20 İyun 2018 22:00

“Kefə getmək istəyirəm, əylənməyə…“ – Tanınmış jurnalist Zakir Qaralova səsləndi

Tanınmış jurnalis Aynur Elgünəş Baş Prokurora müraciət edib. Facebook səhifəsində yaydığı müraciətdə jürnasit, ölkədən çıxışına qoyulan qadağanın qaldırılmasını tələb edir.

Xeber.İnfo müraciəti olduğu kimi təqdim edir:

Baş Prokuror Zakir Qaralova müraciətim!
Cənab Baş prokuror
Yəqin bilirsiniz, içi mən qarışıq xeyli adamın ölkədən çıxışı əngəllənib. Düz 2 il 6 aydır Azərbaycandan çıxa bilmirəm. Növbəti dəfə, özü də ictimai şəkildə müraciət edərək çıxışıma qoyulan qadağanın götürülməsini istəyirəm.
Yox, bu dəfə səhhətimlə bağlı getmək niyyətində deyiləm. Kefə getmək istəyirəm, əylənməyə, gəzməyə, bu xarabaya çevirdiyiniz ölkədən 3-5 gün də olsa uzaqda olmağa. Yazmışdım də xəstəyəm, imkan verdiz ki? Əksinə məsləhət gördünüz ki, səhiyyə nazirinin belə bəyənib müalicə olunmadığı ölkədə mən yenidən bıçaq altına uzanım. Özümü təcrübə dovşanı kimi görmədiyimdən bunu etmədim. Eybi yox, sizin hakimiyyətin yanında xəstəliklər nədir ki, ondan gileylənim? Sadəcə bu dəfə istirahətə getmək istəyirəm. Narahat olmayın, çox qalmaq fikrim yoxdu. Heç pensiyam da çatmaz. 100 dəfə demişəm, bu da 101-ci olsun, dini dövlətə çevrilmək qorxusu olmayınca, bu ölkədən getməyəcəm.
Yox, əgər mənim və ya dostlarımın ölkədən çıxışı sizin üçün belə təhlükəlidirsə, o zaman bu uydurma “cinayət işi”ni yekunlaşdırın. Onsuz da məsələni uzatmaqla Meydan TV qapanmayacaq. Əksinə, siz sıxdıqca, tənqidi səslər çoxalır. Hər gün internet məkanında yeni resurslar, platformalar yaranır. Bunun qarşısını yolumuzu bağlamaqla ala bilməyəcəyinizi yaxşı bilirsiz axı. Onu da bilirsiniz ki, bütün bunların səbəbi biz deyilik, sizin də təmsil olunduğunuz hakimiyyətin yarıtmazlığıdır.
Cənab Baş prokuror. Bilirəm, elə vaxtınız nə gəzir uzun-uzadı müraciət oxuyasınız. Qısacası, yaydı, sizin əlinizdən dincəlmək bizim də haqqımızdı. İmkan verin, gedək dincələk.

Oxunuş sayı 1323 dəfə
Şərh vermək üçün giriş edin
Top