Bazar, 29 Aprel 2018 22:00

İmişlidə namus davası – Əli baltalı şəxs İşıq İdarəsinin rəisinin üstünə hücum etdi

“Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (ARETSİ) rəisi Canəhməd Əhmədovun özbaşınalığı ilə bağlı bir-birinin ardınca şok sayıla biləcək məlumatlar yayılmaqdadır. Bir həftə əvvəl redaksiamıza daxil olan məlumatda bildirilirdi ki, Canəhməd Əhmədov Aran elinə yaraşmayan hərəkətlər edib. Belə ki, hərəkətlərini bilməyən və milli mentalitetə zidd davranışları ilə qısa müddətdə İmişlidə “məşhurlaşan” Canəhməd Əhmədov tabeliyində işləyən xanımlardan birinə əxlaqsız təklif etdiyi iddia olunur. Namuslu və mərd olan həmin xanım (xanımın kimliyi məlumatda əksini tapsada, adını açıqlamağı lazım bilmədik – red.) bu təklifi rədd edərək ASC sədrinə şikayət etmək istəyir. Amma iş yoldaşları həmin xanımı fikrindən daşındırır. Bu söz-söhbətdən sonra xanımın ailəsində narazılıq yaranır və boşanmağa, o cümlədən də işdən çıxmağa məcbur qalır. Buna baxmayaraq Canəhməd Əhmədov yüksək maaşlı işində qalmaqda və özbaşınalığını sürdürməkdə davam edir.

Bu məlumatdan sonra redaksiyamızla əlaqə saxlayan İmişli sakinləri bildirdilər ki, yaşanan həmin biabırçı hadisə zamanı əxlaqsız təklif edilən xanımın həyat yoldaşı “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinə əli baltalı hücum edərək, Canəhməd Əhmədovu öldürmək istəyib. Canəhməd Əhmədov həmin zaman idarədə gizlənməyə macal tapıb. Bundan sonra həmin şəxs idarənin içində və çolundə qarşısına çıxan hər şeyi dağıdır. Maraqlıdır ki, bu hadisədən sonra Canəhməd Əhmədov hüquq-mühafizə orqanlarına şikayət etmir və məsələnin ictimailəşməsinin qarşısını almaq üçün bütün addımları atır.

İmişli sakinlərinin şikayətlərində iddia edilir ki, Canəhməd Əhmədovda psixi pozuntular var.  Bu özünü işçilərlə və əhali davranışlarında göstərir.  Ölkənin ən mühafizəkar rayonlardan biri olan İmişlidə qeyri-etik hərəkətlər etmək və milli mentalitetimizə zidd davranışları Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisinin yerində olmadığını deməyə əsas verir. Hətta iddia olunur ki, Canəhməd Əhmədovda şizofreniya xəstəliyinin əlamətləri də var.

Ötən yazımızda qeyd etdiyimiz kimi Canəhməd Əhmədov Qaradağ rayonunda işlədiyi zaman da ondan xeyli şikayətlər olub. Məhz bundan sonra Canəhməd Əhmədov ASC sədri Baba Rzayev tərəfindən işdən çıxarılıb. Amma qısa müddət sonra Canəhməd Əhmədov Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyinat alır. Hətta ötən il Prezident İlham Əliyevə verilən təqdimat əsasında Canəhməd Əhmodava fəxri adla da təltif olunur. Görünür, Canəhməd Əhmədovu hansısa sirli əl himayə etdiyindən o heç Baba Rzayevi də saymır. Belə ki, “Azərişıq” ASC-nin sədri Baba Rzayevi belə saymaması ilə qürrələnirmiş. Ötən yazımızda qeyd etdiyimiz kimi 7–8 ay bundan qabaq Baba Rzayev Canəhməd Əhmədova zəng edərək fəaliyyəti ilə bağlı onu danlayıb. Canəhməd Əhmədov da yaxınlarına bildirib ki, o zaman Baba Rzayevə cavab qaytararaq “ağzının danışığını bil” deyib. Və bu hadisəni Canəhməd Əhmədov hər yerdə fəxrlə danışırmış…

Redaksiyamıza Canəhməd Əhmədovla bağlı daxil olan məlumatları araşdırmaqda davam edirik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Oxunuş sayı 1005 dəfə
Şərh vermək üçün giriş edin
Top