Şənbə, 02 Aprel 2016 22:56

Davudoğlu İlham Əliyevə zəng etdi

Türkiyənin baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. 

 Türkiyənin baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

 Dövlət başçısı Azərbaycan ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb. (apa)

Oxunuş sayı 1269 dəfə
Şərh vermək üçün giriş edin
Top